Növbəti ildən qəbul qaydalarında çox original dəyizikliklər olacaq

img

06-04-2010 [01:45]


Bu il qəbul qaydaları mexanizmində heç bir ciddi dəyişiklik yoxdur, demək olar ki, indiyə qədərki qəbul planıdır. Bu barədə Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev deyib. Onun sözlərinə görə, növbəti ildən yəqin ki, qəbul qaydalarında çox original dəyişikliklər olacaq. O vurğulayıb ki, artıq bundan sonra eyni ixtisaslar üzrə kadr hazırlayan universitetlər arasında ciddi və sağlam rəqabət mühiti yaranacaq. Hazırki vəziyyətdə universitetlərin qəbulla yalnız son nəticədə maraqlı olduğunu deyən Ş.Hacıyev qeyd edib ki, onlar qəbulöncəsi məsələlərlə məşğul olmurlar. ?Amma bundan sonra artıq universitetlər bu işlə çox ciddi məşğul olmalıdırlar. Tələbələr üçün də tam seçim imkanı yaranacaq. Bu mexanizmin əsas məqsədi də ondan ibarətdir. Hansı universitet daha yaxşı təhsil verəcəksə, keyfiyyətli təhsil şəraiti təklif edəcəksə, tələbələr də həmin universitetləri seçəcəklər. Söhbət eyni istiqamətli ixtisaslar üzrə kadr hazırlığından gedir. Bu da universitetlər arasında çox ciddi motivasiya yaradacaq. Universitetlər məcbur olacaq ki, öz rəqabət faktorlarını gücləndirsinlər. Yəni daha çox tələbə cəlb etmək üçün real şərait, mühit formalaşdırsınlar? - deyə o əlavə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA