Mikayıl Cabbarov Abşerona gedir - Nazirin qəbul qrafiki açıqlandı

img

23-05-2016 [16:39]


Təhsil naziri Mikayıl Cabbarov 26 may 2016-cı il tarixində saat 10:00-da Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində  Abşeron, Qubadlı, Zəngilan rayon və Sumqayıt şəhər sakinlərini qəbul edəcək.

Mia.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, qəbulda Abşeron  rayonunda və Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar 23, 24, 25 may 2016-cı il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna ("Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

 Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA