Ağsu azırımında nəqliyyatın hərəkəti bərpa edilib

img

06-04-2010 [12:58]


Hazırda torpaq sürüşməsindən sonra Bakı-Şamaxı-Yevlax yolunun Ağsu rayonundan keçən hissəsində yolun tamamlanması istiqamətində işlər davam edir. Ağsu rayon 12 saylı Yol İstismarı İdarəsinin baş mühəndisi Ağakərim İslamovun AzadlıqRadiosuna verdiyi məlumata görə, gecə saatlarınadək yolun hərəkət hissəsinin açılması üçün iş aparılıb: ?Bu dəqiqə iş gedir, bütün texnika tökülüb, yol qaydasındadır. Gecə 2-3-ə kimi bizim işçilərimiz işləyib, hərəkət bərpa edilib. İndi tamamlama işləri gedir?. Aprelin 5-də axşam saatlarında Ağsu aşırımında dağ sürüşərək yolun hərəkət hissəsini bağlayıb, avtomobillərin hərəkəti çətinləşib. Hadisə yolun 147-150-ci kilometrliyində baş verib. Sürüşmə fevral ayının axırlarından güclü yağışlardan sonra başlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA