23-05-2016 [13:29]
ABŞ quru qoşunlarının kadrlar və doktrina üzrə Komandanlığının rəhbəri, general Makmaster (H.R. McMaster) Vaşinqtondakı Strateji Araşdırmalar Mərkəzində məruzə ilə çıxış edərək Rusiya ilə potensial tank müharibəsi zamanı Birləşmiş Ştatlar ordusunun imkanları haqda danışıb.
General məruzəsində Ukraynanın şərqində baş verənlərin yerüstü əməliyyatların aparılması formasını dəyişdirdiyini deyib. Bu haqda "Defence One” yazır.
General Makmaster bildirib ki, artıq iki ildir davam edən münaqişə rusların artilleriya, piyadaların döyüş maşınları sahəsində üstünlüyünü gösərib. Habelə ruslar taktiki məqsədlər üçün pilotsuz uçan aparatlardan daha effektiv istifadə edir. "Əgər Birləşmiş Ştatlar ordusu Rusiya ilə yerüstü müharibədə qarşılaşmalı olsa çox güman ki, indiyədək mövcud olan illüziyalarından əl çəkməli olacaq”.
"Biz uzaq mənzilli raketlərdən istifadə etməklə ruslarla dueldə qalib gələcəyimiz haqda söhbətlərə çox vaxt itirmişik. Lakin siz uzaq mənzilli raketlərlə yalnız qapıdan içəri girə bilərsiniz. Və sual yaranır: siz qapıdan içəri girəndən sonra nə edəcəksiniz?”-general bildirib.

General Makmaster Rusiyanın "mülki əhalinin arasına qarışıb gözdən itən, gizlənən yarımpeşəkar silahlı birləşmələrdən” istifadə etdiyinə diqqəti cəlb edib:
"Onlar bizim dəqiq naviqasiya, şəbəkə zərbələri və zaman koordinasiyası imkanlarımızı məhdudlaşdıracaq. Bütün bunlar o deməkdir ki, biz ruslarla yaxın döyüşə girməli olacağıq...Yaxın döyüşdə nailiyyət əldə etmək isə bizim indiyədək məhəl qoymadığımız sahədir, çünki biz hesab edirdik ki, üstünlüyümüz təmin olunub”.
Bəs ABŞ Rusiya qarşısında itirilmiş üstünlüyünü hansı yolla bərpa edə bilər?
Generalın sözlərinə görə, Ukrayna çöllərində gedən döyüşlər zamanı ortaya çıxan resept daha çox artilleriyaya və yüksək keyfiyyətli artilleriyaya malik olmaqdan, habelə köhnə ilə yeninin kombinasiyasından ibarətdir.
"Biz bu cür sistemlərin bir çoxu üzrə geri qalırıq, onlar isə təkmilləşdirilmiş adi sursatdan istifadə edirlər. Yaxın vaxtlarda əlimizdə olan döyüş sursatlarının 40-60 faizi sıradan çıxacaq. Yaddan çıxarmayın ki, bizim daha az artilleriya sistemlərimiz var. İndi isə üstəlik əlimizdə olan bu az artilleriya sistemləri düşmənin malik olduğu artilleriya sistemləri ilə müqayisədə effektiv deyil”-Makmaster vurğulayıb.

General deyib ki, ABŞ vəziyyəti düzəltmək üçün yeni silah sistemi üzərində işləyir. Bu silah sistemi eyni vaxtda quru, hava və dəniz hədəflərinə zərbə endirmək gücündə olmalıdır. Generalın məruzəsinin tam mətni məxfi saxlanılsa da bəzi məqamları açıq mənbələrdə var.
Orada deyilir ki, ABŞ 80-ci illərin sonlarından etibarən adi döyüş sursatlarının inkişafına əhəmiyyət verməyib. Rusiya isə bu sahədə çox qabağa gedib. Rusların döyüş meydanında istifadə etdiyi ən dəhşətli silah növlərindən biri termobarik başlıqlardır. Söhbət TOS-1A "Solntsepyok” odsaçanlarından və onların sələfi olan "Buratino”lardan gedir.
Ukraynanın şərqində gedən döyüş əməliyyatları zamanı rusların artilleriyası cəmi 3 dəqiqə ərzində adi döyüş sursatlarındna və termobarik başlıqlardan istifadə etməklə Ukrayna ordusunun iki mexanikləşdirilmiş batalyonunu məhv edib.
General Makmasterin bildirdiyinə görə, problem təkcə raketlərdə və mərmilərdə deyil. Amerika piyadaların döyüş maşınları sahəsində də imkanlarını itirib. Onun sözlərinə görə, Amerika ordusunun "Bredli” piyada döyüş maşınları möhtəşəmdir, ancaq ruslar bu sahədə də qabağa gedib. Onlar yeni nəsil piyadaların döyüş maşınlarını istehsal edir, zirehli maşınların yeni müdafiə sistemlərini işləyib hazırlayır.

Məruzədə habelə deyilir ki, Ukraynanın şərqində gedən döyüşlərdə rusların T-90 tankları da sınaqdan uğurla çıxıb. Ukrayna ordusu bir dəfə də olsun T-90 tankının vurulmasını qeydə ala bilməyib. Ruslar bu tankı elə layihələndiriblər ki, qaranlıqda, dumanda və qış şərtlərində də üstünlüyü təmin edə bilsinlər.
T-90 tankını dayanıqlı edən onun dinamik müdafiə sisteminə malik olmasıdır. Bu sistem tanka yaxınlaşan raketi sıradan çıxarır və döyüş başlığının zirehi dəlməsinə imkan vermir. Habelə tank aktiv müdafiə sisteminə malikdi və bunn sayəsində raketi hədəfdən yayındırır.
ABŞ-ı narahat edən digər məsələ isə rusların pilotsuz uçan aparatlardan artilleriya zərbələrini korrektə etmək üçün necə istifadə etməsidir.
"Mən bütün karyeram boyu heç vaxt səmaya baxıb soruşmamışam ki, bu düşmənin təyyarəsidir, yoxsa bizim? Bu da ABŞ hərbi hava qüvvələrinin sayəsində mümkün olub. Bizim hava qüvvələrimiz misilsiz üstünlüyü təmin edirdi. Ancaq indi biz pilotsuz aparatları nəzərə almalıyıq”-general Makmaster bildirib.
Virtualaz.org
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi