"Adını belə eşitmək istəmirəm” - Deputat ittihama cavabdan yayındı

img

23-05-2016 [13:07]


Bakı İstintaq Təcridxanasında saxlanılan Müğdət Həşimov mətbuat vasitəsilə başına gələnləri açıqlayıb.

Məktub müəllifi M.Həşimov Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin üzvüdür. O, yazdığı məktubda "həbsimin səbəbkarı və sifarişçisi Milli Məclisin deputatı Cavanşir Paşazadədir" iddiasını irəli sürüb. 

İttihala bağlı açıqlama verən Milli Məclisin deputatı Cavanşir Paşazadə yazılanların uydumadan ibarət olduğunu deyib: "Mən elə bir adam tanımıram, tanımaq və adını belə eşitmək istəmirəm”. 

Cavanşir Paşazadə "axı siz Müğdət Həşimovla ortaq işləmisiniz” sözlərinə cavab olaraq əlavə şərh vermək istəmədiyini deyib: "O çox şey deyə bilər, qanun var, qayda var. Kim nə istəyir yazsın, kim də hansı ittihamı istəyir səsləndirsin”. 

Modern.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA