Silahlı Qüvvələrimiz beynəlxalq tədbirlərdə! - Nazirlikdən açıqlama

img

23-05-2016 [11:32]


Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir.

Mia.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, mayın 23-dən 26-dək Qarmiş-Partenkirxen şəhərində (Almaniya Federativ Respublikası) hərbi feldşerlik üzrə mübadilə proqramı, mayın 23-dən 27-dək Ankara şəhərində (Türkiyə Respublikası) strateji kommunikasiya kursu, Riqa şəhərində (Latviya Respublikası) "Hədəflərdən nəticələrə" mövzusunda konfrans, Sarayevo şəhərində (Bosniya və Herseqovina) "REGEX-16" kollektiv regional təliminin 5-ci planlaşdırma görüşü, mayın 23-dən 28-dək Norkfolk şəhərində (ABŞ) NATO Müttəfiq Transformasiya Komandanlığında tərəfdaş ölkələrin hərbi nümayəndələri ilə transformasiya seminarı, mayın 25-dən 26-dək Neapol şəhərində (İtaliya Respublikası) birgə fəaliyyət strategiyası forumu keçirilir.

Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA