Bakıda məktəbdə yanğın - Açıqlama

img

23-05-2016 [10:17]


Bakı şəhəri, Xətai rayonunun Qaçaq Nəbi küçəsi 91 ünvanında yerləşən Ayaz Məhərrəmov adına 95 saylı tam orta məktəbdə baş verən yanğın hadisəsi nəticəsində xəsarət alan olmayıb.

Bu sözləri Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib.

O qeyd edib ki, yanğın başlayan anda briqadalar ora cəlb olunub: "Bildiyim qədər şagird və müəllim heyəti təxliyə olunub və onlar arasında xəsarət alanlar olmayıb”.

Qeyd edək ki, bu gün səhərt saatlarında Bakı şəhəri, Xətai rayonunun Qaçaq Nəbi küçəsi 91 ünvanında yerləşən Ayaz Məhərrəmov adına 95 saylı tam orta məktəbdə yanğın hadisəsi baş verib. Yanğın hadisəsi qısaqapanma nəticəsində qeydə alınıb(Modern.az).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA