MBASK siğorta ISO 9001:2008 standart?n?n yeniləzdirilmiz variantına keçdi

img

06-04-2010 [12:38]


Moody İnternational-ın mütəxəssisləri MBASK sığorta şirkətinin keyfiyyətin menecmenti sisteminin, onu ISO 9001:2008 standartının yeniləşdirilmiş variantına keçirərək, və bununla da onun beynəlxalq standartların tələblərinə müvafiq olduğunu təsdiq edərək, növbəti auditor yoxlamasını keçirdilər. Bu hadisəni şərh edərək, İdarə Heyətinin Sədrinin Birinci Müavini Rəşad Abbasov belə qeyd etdi: ?MBASK üçün ISO sistemi ? bu, birinci növbədə, şirkətdə real şəkildə işləyən keyfiyyətin idarə olunması sistemidir, sığorta xidmətlərinin yüksək keyfiyyətini təsdiq edən və şirkətin biznes-proseslərinin səmərəli idarə olunmasına şəhadət edən beynəlxalq standartlara müvafiqliyin zəmanətidir. Biz qarşımıza şirkətin biznes-proseslərinin daim təkmilləşdirilməsi vəzifəsini qoymuşuq və keyfiyyətin menecmenti sistemi bu vəzifənin yerinə yetirilməsində mühüm rol oynayır?. Xatırlatmaq lazımdır ki, daim təkmilləşdirilən keyfiyyətin menecmenti sistemi artıq 2004-cü ilin sonunda və 2007-ci ilin sonunda keçirilmiş sertifikasiya auditlərinin gedişində şirkətin sığorta edilmə sahəsində keyfiyyətli xidmətlər göstərmək qabiliyyətinə malik olmasına obyektiv sübutlar əldə etmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA