İlham Əliyev və xanımı Türkiyədə! - FOTOLAR

img

22-05-2016 [22:45]


Azərbaycan prezidenti İlham Əliyev bu gün Türkiyəyə işgüzar səfərə yola düşüb.

Bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Azərbaycan prezidenti İstanbulda keçiriləcək Ümumdünya Humanitar Sammitində iştirak edəcək. Tədbir mayın 23-24-də keçiriləcək.

Sammitdə BMT-nin baş katibi Pan Gi Mun və bir çox dünya liderləri də iştirak edəcəklər(virtualaz.org).

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev axırıncı dəfə Türkiyəyə aprelin 13-də səfər etmiş və İslam Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmişdi.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA