Ərdoğanın kürəkənindən Davudoğlunun xanımına hörmətsizlik, salamını almadı - FOTO, VİDEO

img

22-05-2016 [22:39]


Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bu gün keçirilən fövləqadə qurultayında xoşagəlməz anlar yaşanıb.

Qurultayda iştirak edən eks-baş nazir Əhməd Davudoğlunun xanımı Sara Davudoğlu dövlət rəsmiləri ilə görüşərkən Ərdoğanın kürəkəni, enerji və təbii sərvətlər naziri Berat Albayraq ona qarşı hörmətsizlik edib.

Xanım Davudoğlu əl uzadaraq Albayraqla salamlaşmaq istəsə də, prezidentin kürəkəni onun əlini havada saxlayıb.

Albayraqın bu hərəkəti Türkiyə mediasında sərt tənqid olunur(Azvision).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA