21-05-2016 [19:26]
Gələn mövsüm birinci divizyonda çıxış edəcək "Xəzər Lənkəran"ın idman direktoru Yunis Hüseynov müsahibə verib.
Mia.az Musavat.com-a istinadən həmin müsahibəni təqdim edir:
- İki dəfə baş məşqçisi olduğunuz "Xəzər Lənkəran" 12 illik fasilədən sonra ilk dəfə birinci diviziona düşdü. Bunu necə şərh edərdiniz?
- Təkcə mən yox, heç kim belə olmasını istəməzdi. Əsas səbəblərdən biri UEFA-nın transfer qadağası ilə bağlı qərarları oldu. Nəticədə yeni futbolçular ala bilmədik və çoxlu xal itirdik. Bundan əvvəl, mövsüm öncəsi yaxşı kollektiv qurmuşduq. Həmin komanda olsaydı, sizi inandırım ki, çempionata rəng qatmışdıq. Ağlımızdan ucundan belə keçməzdi ki, bu qədər azarkeşi olan komanda birinci diviziona düşəcək. Buna görə çox məyus olduq. Ancaq mən inanıram ki, AFFA "Xəzər Lənkəran"ın yüksək liqada qalması üçün nəsə fikirləşəcək.
- Yəni Azərbaycan futboluna özünəməxsus yeri olan "Xəzər Lənkəran"ı itirməyək...
- Əlbəttə. Region təmsilçisidir. Azərbaycanda "1 nömrə"li azarkeşi olan komandadır.
- "Xəzər Lənkəran" "Rəvan"la oyunda hesabda 2:0 irəlidə olsa da, üstünlüyünü qoruya bilmədi. Bunu nəylə əlaqələndirirsiniz?
- Hakimliyə diqqət yetirdiniz, bərbad halda idi.
- Hesab edirisiz ki, Ramil Diniyevin belə idarəçiliyi nəticəyə birbaşa təsir göstərdi...
- Əlbəttə ki. Elə 11 metrlik cərimə zərbəsi olar? Bu, qeyri-obyektiv bir qərar idi. Hakim elə bil özünü itirmişdi. Ancaq sizə deyim ki, həmin penalti epizoduna yenidən baxmaq lazımdır. Ola bilər ki, mən səhv də edirəm. Hər şey ola bilər. Ancaq elə penalti qərəzli verilir.
- Sizcə, baş hakim "Rəvan"a kömək etmək nə məqsədi güdürdü?
- Mənə elə gəlir ki, bu, qərəzli 11 metrlik cərimə zərbəsi idi. Mən düşünürəm ki, bu, yüzdəyüz belə idi.
- Necə düşünürsünüz, "Xəzər Lənkəran" birinci divizionda çıxış edəcək? Ola bilərmi ki, ümumiyyətlə, oynamasın?
- Yox, inanıram ki, yüksək liqada şıxış edəcək.
- Birdən birinci divizionda oynamalı olsa?
- Məncə, düşməyəcək.
- Hissiyyatınız belə deyir?
- Bəli. Hissiyatım belə deyir ki, komanda Premyer Liqada qalacaq. Ümumiyyətlə, heç kim aşağı düşməyəcək, hamı da qalacaq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi