Leyla Əliyeva nazir və AFFA prezidentiylə birgə millimizin oyununu canlı izləyib

img

11-05-2016 [22:05]


Ölkəmizdə keçirilən 17 yaşlılardan ibarət Avropa çempionatında qrup mərhələsinin 3-cü turunun oyunları keçirilib.

Mia.az futbolinfo.az-a istinadən xəbər verir ki, Azərbaycan millisi qrupdakı son matçında "Bakcell Arena"da Şotlandiya ilə qarşılaşıb.

İkinci hissəsi davam edən qarşılaşmanı bir sıra rəsmi şəxslər də izləyib. Belə ki, VIP tribunada yer alanlar arasında Gənclər və idman naziri Azad Rəhimov, AFFA prezidenti Rövnəq Abdullayev və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olub.

Matç 1:0 Azərbaycanın xeyrinə başa çatsa da, əvvəlki oyunların nəticələrinə əsasən Azərbaycan qrupdan çıxa bilməyib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA