Fövqəladə Hallar Nazirliyi daha iki nazirliyin səlahiyyətinə sahibləndi

img

06-04-2010 [04:27]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 aprel 2010-cu il tarixli sərəncamı ilə ?Azərbaycan Respublikasının 2004-cü il 18 iyun tarixli 690-IIQ nömrəli Qanunu ilə Azərbaycan Respublikasının qoşulduğu ?Neftlə çirkləndirmə hallarına hazırlığın təmin edilməsi, bunlara qarşı mübarizə və əməkdaşlıq haqqında? 1990-cı il tarixli Beynəlxalq Konvensiyanın icrasının təmin edilməsi barədə? Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 1205 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ?12, maddə 1195) aşağıdakı dəyişikliklər edilib. Dəyişiklik nəticəsində bu sahə ilə bağlı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinin səlahiyyələri Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə həvalə edilib. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılıb ki, ?Neftlə çirkləndirmə hallarına hazırlığın təmin edilməsi, bunlara qarşı mübarizə və əməkdaşlıq haqqında? 1990-cı il tarixli Beynəlxalq Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin (a) (i) yarımbəndində nəzərdə tutulmuş səlahiyyətli milli orqan qismində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin təyin edilməsi barədə Beynəlxalq Dəniz Təşkilatının Baş Katibinə müvafiq bildiriş göndərsin.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA