20-05-2016 [19:20]
Bu gün Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Bolqarıstan Milli Statistika İnstitutunun prezidenti Sergey Tsvetarski ilə görüşüb.
Komitənin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, görüşdə "Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə dəstək" Tvinninq layihəsinin icra vəziyyəti, Bolqarıstan Milli Statistika İnstitutu ilə əməkdaşlıq perspektivləri müzakirə edilib.
Sergey Tsvetarskini salamlayan Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov cari ilin yanvarında Tvinninq layihəsinin ikinci fazasının təqdimatı ilə bağlı keçirilən konfransı xatırladıb. Avropa İttifaqının dəstəyi ilə keçirilən bu layihənin Azərbaycan statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasına xidmət etdiyini bildirib. Layihəyə Almaniya, Bolqarıstan, Çexiya və Niderlandın statistika orqanlarının cəlb olunduğunu diqqətə çatdırıb. Tahir Budaqov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar barədə də məlumat verib. Milli statistika sisteminin təkmilləşdirilməsi və Avropa standartlarına uyğunlaşdırılması sahəsində görülən işlər və gələcək layihələrdən bəhs edib, bütün sahələrdə işlərin planlaşdırılmasında, iqtisadi inkişafa nail olunmasında dəqiq statistikanın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Qeyd olunub ki, Dövlət Statistika Komitəsi bir sıra beynəlxalq qurumlarla, o cümlədən BMT-nin bir çox struktur bölmələri- UNDP (BMT-nin İnkişaf Proqramı), UNFPA (BMT-nin Əhali Fondu), Beynəlxalq Əmək Təşkilatı, YUNESKO, Dünya Bankı və Avrostat kimidigər təşkilatlarla səmərəli əməkdaşlıq edir.
Bolqarıstan Milli Statistika İnstitutunun prezidenti Sergey Tsvetarski səmimi görüşə görə məmnunluğunu ifadə edib, cari ilin yanvar ayında Bakıya səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
tərəfindən qəbul edildiyini xatırladaraq bu görüşün onun yaddaşında dərin iz buraxdığını vurğulayıb. Dövlət Statistika Komitəsinin tərəfdaş ölkələrlə, beynəlxalqtəşkilatlarla fəal əməkdaşlıq etdiyiniyüksək qiymətləndirdiyini vurğulayıb. Dövlət Statistika Komitəsi iləBolqarıstan Milli Statistika İnstitutu arasında həyata keçirilən proqramlar və əməkdaşlıq barədə danışanSergey Tsvetarski əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb.
Görüşdə əməkdaşlığın perspektivləri ətrafında məsələlər də müzakirə edilib.
Elə həmin gün "Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək” Tvinninq layihəsi çərçivəsində idarəetməkomitəsinin 2-ci iclası da keçirilib. İclasda Dövlət Statistika Komitəsi, İqtisadiyyat Nazirliyi, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, Azərbaycanda İnstitusional Quruculuq Proqramına Dəstək Layihəsi (SİBA) və Almaniya Federativ Respublikasının Azərbaycandakı Səfirliyinin təmsilçiləri iştirak ediblər. Dövlət Statistika Komitəsi sədrinin birinci müavini Vahab Məmmədov, Bolqarıstan Milli Statistika İnstitutunun prezidenti Sergey Tsvetarski layihənin gedişi barədə məlumat veriblər.
İclasda Tvinninq layihəsinin üstünlükləri diqqətə çatdırılaraq müxtəlif təqdimatlarla çıxışlar dinlənilib. Layihənin ikinci rübü ərzində nəzərdə tutulan işlərin yerinə yetirilməsi müzakirə edilib, meydana çıxan problem və çətinliklərin həlli yolları araşdırılıb, qarşıda duran məsələlərin və planlaşdırılan tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə dair genişfikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, hesabat rübü ərzində Aİ-yə üzv dövlətlərin 12 eksperti tərəfindən 6 qısamüddətli ekspert missiyaları həyata keçirilib. Bu missiyaya 14-dən çox iştirakçı qatılıb. Aİ-nin müxtəlif üzv dövlətlərindən olan qısa müddətli ekspertlər tərəfindən həyata keçirilən missiyalar Dövlət Statistika Komitəsinin əməkdaşlarına müxtəlif statistika sistemlərinə dair nümunələrlə tanış olmaq imkanı yaradıb.
Tədbirdə qarşlıqlı maraq doğuran suallar da cavablandırılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi