20-05-2016 [18:34]
Ötən ilin oktyabrında keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) şefi Eldar Mahmudovun vəzifəsindən azad olunmasından sonra dəhşətli faktlar üzə çıxdı.
Bəlli oldu ki, MTN rəhbərliyindəki yüksək vəzifəli şəxslər, çiyinlərində general rütbəsi daşıyan kadrlar ölkə miqyasında total təzyiq mexanizmlərinə, işgəncə, hədə-qorxu metodlarına rəhbərlik ediblər.
Ölkə mətbuatı o vaxtdan mütəmadi olaraq MTN-nin iş adamlarına qarşı həyata keçirdiyi xüsusi metodlu hücumları barədə sensasion məlumatlar yazır.
Amma bu qədər ifşaedici materiallardan sonra Eldar Mahmudov heç harda gözə dəymədi, onun tezliklə həbs olunacağını gözləyənlər isə xəyal qırıqlığına uğradılar. Görəsən sabiq MTN şefi indi hardadır?
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc Modern.az saytına Eldar Mahmudovun harada olması ilə bağlı versiya səsləndirib.
Onun sözlərinə görə, keçmiş nazir hazırda ev dustaqlığındadır: "Belə düşünürəm ki, Eldar Mahmudovun ev dustaqlığı davam edir. Onun yeri kənara, başqa ölkəyə doğru dəyişməyib. O, güclü nəzarət altındadır. Bununla bərabər, Eldar Mahmudovun ətrafındakı keçmişdən gələn qüvvələr hansısa formada ona məlumat sızdırmaları ilə məşğuldurlar. Kimsə, özünün təhlükəsizliyini təmin etmək üçün hardasa şifrəli məlumatlar yerləşdirib və bu vasitə ilə özünü qoruyur. Müxtəlif nazirliklər, orqanlar, dövlətin elitasını özünü müdafiəyə vadar edərkən belə metod əsas iş prinsipi olub. Düşünüblər ki, adamlar hamısı özlərini qorumaqla məşğul olacaq və Eldar Mahmudovun mənəvi, hüquqi, siyasi hakimiyyəti onlar üzərində bərqərar olacaq”.
Deputat bildirib ki, Eldar Mahmudovla bağlı atılacaq addımlar dövlət rəhbərliyinin bəlli qərarları ilə bağlıdır:
"Ehtimal edirəm ki, keçmiş MTN şefinin ətrafında olanların və özünün məşğul olduğu cinayətlərin aşkarlanması üçün belə bir yol seçilib. Hər bir halda bu, Eldar Mahmudovun toxunulmazlığından, gücünün olmasından irəli gəlmir. Dövlətin qarşısında heç kəs dayana bilməz. O, zamanında özünü toxunulmaz kastanın üzvü kimi aparırdı. Yüksək ədanı, başqalarına yuxarıdan aşağı baxmaq hissini nümayiş etdirirdi. Amma bir an içərisində cənab prezidentin siyasi kursunun yolundan götürüldüyünün şahidi olduq”.
Zahid Oruc qeyd edib ki, Eldar Mahmudov vaxtilə layiq olmadığı komplimentləri eşitməkdə idi. Bununla yanaşı, müxtəlif çirkli kapital dövriyyələrinə nəzarət edirdi.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi