Ramil Usubov daha bir icra başçısının qardaşına vəzifə verdi - DİN-də təyinat

img

20-05-2016 [17:35]


Daxili işlər naziri Ramil Usubov daha bir təyinatla bağlı əmr verib.

Əmrə əsasən, Zəfər Abıyev Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə Baş İdarəsinin Gəncə regional bölməsinə rəis təyin olunub(Azvision).

Xatırladaq ki, polis polkovniki Zəfər Abıyev bundan öncə DİN-də Baş Cinayət Axtarışı İdarəsində məsul vəzifə daşıyıb.

Qeyd edək ki, Zəfər Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin qardaşıdır. O, uzun illər Azərbaycan DİN-in Ukrayna, Belarus və Moldovadakı nümayəndəsi də olub.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA