İlham Əliyev yenə Türkiyəyə gedir - Səbəb

img

20-05-2016 [16:27]


Azərbaycan prezident İlham Əliyev Türkiyəyə səfərə gedəcək.

ANS--in məlumatına görə, səfər 23-24 may tarixlərinə planlaşdırılır. İham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) humanitar sammitində iştirak edəcək.

Sammitə BMT-nin baş katibi Pan Gi Munla yanaşı, dünyanın bir çox nüfuzlu şəxsləri dəvət olunub.

Prezident İlham Əliyevin Türkiyəyə sonuncu səfəri aprelin 13-də olub. Həmin səfər zamanı prezindent İslam Əməkdaşlıq Təşkilatının iclasında iştirak edib. O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə görüşüb. Gürüşlər zamanı ikitərəfli əməkdaşlıqlar müzakirə olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA