20-05-2016 [13:15]
"Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan, hərbi cinayətlərdə, Xocalı soyqırımında iştirak etməyən, zorla hərbi xidmətə cəlb edilən erməni vətəndaşlarına da amnistiya tətbiq olunmalıdır”.
Bunu Milli Məclisdə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüskarı olduğu "28 May- Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsinin müzakirəsi zamanı millət vəkili Fərəc Quliyev deyib.
F. Quliyev amnistiya aktını dəstəklədiyini vurğulayıb.
Zahid Oruc isə Cinayət Məcəlləsinə dəyişiklik edildiyini və 144-cü maddədə qız qaçırmanın adam oğurluğu kimi əksini tapdığını xatırladıb: "Bu insanlar 10-12 il azadlıqdan məhrum edilirlər. O insanlardan danışanda sual ortaya çıxır ki, bu əməl sizin qız övladınıza qarşı olsaydı, nə edərdiniz? İnsan bu sualdan sonra sakitcə gedir. Təbii ki, biz insanların normal ailə qurmasını arzu edirik, belə hallara da gələcəkdə rast gəlinməməsini arzulayırıq. Ancaq qız qaçırmaya görə məhkum olunmuş bu insanların bir dəfə əfv edilməsi, onlara bir şans verilməsi yaxşı olardı”.
Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov Heydər Əliyev Fondu yarandığı gündən onun fəaliyyətinin əsasında humanizm prinsipinin dayandığını vurğulayıb: "Heydər Əliyev Naxçıvanda olanda ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin atributları üzə çıxarılıb, üçrəngli bayrağımız ilk dəfə Naxçıvanda qaldırılıb. Məhz Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra amnistiya aktları tətbiq edilməyə başlanıb. Heydər Əliyev ölüm hökmünə də moratorium qoydu. Ancaq AXC-Müsavat hakimiyyətinin bir ili ərzində 7 nəfər güllələndi ”.
S. Novruzov Heydər Əliyev hakimiyyətə gəldikdən bu günə qədər qəbul olunmuş amnistiya aktları ilə bağlı qısa araşdırma apardığını söyləyib: "Bugünkü amnistiya aktı da nəzərə alınsa, Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrdən indiyə kimi amnistiya aktları 110 min insana şamil olunub. Bu insanlardan 40 min nəfəri Mehriban Əliyevanın təşəbbüsü ilə irəli sürülən amnistiya aktlarının təsiri altına düşüb”.
Qənirə Paşayeva deyib ki, amnistiya aktının mahiyyəti bir dəfə səhvə yol vermiş insanlara daha bir şans verilməsi barədə mesajdır: "Həbsxanalar, cəzaçəkmə müəssisələrinə ilk dəfə düşən insanlar amnistiya aktı nəticəsində daha yaxşı islah olunurlar. Bu insanlar bağışlanırsa, cəmiyyətdə, ailədə də o insanlara yenidən şans verilməlidir. Amnistiya aktının Qarabağ müharibəsi iştirakçılarına, şəhid ailələrinə və yaxınlarına şamil olunması özü də önəmli bir mesajdır. Bu amnistiya aktının 28 May - Respublika Günü ərəfəsində qəbul edilməsi isə cümhuriyyətə verilən böyük önəmi ifadə edir”.
apa
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi