Oqtay Şirəliyev mərkəz direktorunu vəzifədən uzaqlaşdırdı...

img

20-05-2016 [12:25]


Barəsində cinayət işi başlanan Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb.

Hazırda onun vəzifəsini direktor müavini Vaqif Abdullayev icra edir. İstintaq və məhkəmə prosesi başa çatanadək A. Əlibəyov vəzifəsini icra etməyəcək(APA).

Qeyd edək ki, A. Əlibəyov ötən ilin mayında Bakının Binəqədi rayonunda yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı başlanmış cinayət işi üzrə istintaqa cəlb olunub.

Bununla bağlı Baş Prokurorluğun bu gün yaydığı açıqlamada qeyd olunur ki, A.Əlibəyov Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə təqsirləndirilir. Onun barəsində heç bir yerə getməməklə bağlı qətimkan tədbiri seçilib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA