20-05-2016 [11:53]
"28 May Respublika Günü münasibəti ilə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva qanunvericilik təşəbbüsü ilə çıxış edərək Amnistiya haqqında qərar layihəsini Milli Məclisə təqdim etməsi təkcə hümanizm yolunda atılmış müsbət addım deyil, bu həm də Azərbaycan tarixinə olan münasibətin göstəricisidir. Heydər Əliyev Fondunun yarandığı vaxtdan bu istiqamətlərdə mühüm addımlar atıb. Fond xalqın inam, etibarını qazanıb. Bu, insanların Mehriban Əliyevaya ünvanladıqları çoxsaylı müraciətlərdən görünür".
Bunu Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov 28 May Respublika Günü münasibəti ilə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Amnistiya layihəsi təşəbbüsünə münasibət bildirərkən qeyd edib.
R.Qonaqov bildirib ki, Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin dünyada tanıdılması, xaricdə təhsil alan gənclərimizin problemlərinin həlli yönündə reallaşdırdığı layihələr böyük əhəmiyyət daşıyır:
"Mehriban xanım Əliyevavnın amnistiya elan olunması ilə bağlı müraciətləri həm Milli Məclis, həm siyasi partiyalar, vətəndaş cəmiyyəti, ümumiyyətlə xalq tərəfindən birmənalı şəkildə müsbət qarşılanır. Bu, Mehriban xanım Əliyeva tərəfindən irəli sürülən 4-cü amnistiya aktıdır. Bu dəfə amnistiya daha geniş təbəqəni əhatə edir. Mehriban xanımın təşəbbüsü ilə Milli Məclis tərəfindən 8 may 2007-ci ildə qəbul olunmuş qərarla 9877 məhkum barəsində, 17 mart 2009-cu il tarixli qərarla 9564 məhkum barəsində amnistiya tətbiq edilib. 7 may 2013-cü il tarixli qərar 9000 şəxsə şamil edilmiş, o cümlədən 2 mindən artıq məhkum azadlıqdan məhrumetmə yerlərindən azad edilib. Hazırda isə Mehriban xanım Əliyeva tərəfindən təqdim edilən indiki amnistiya aktının 10 min nəfərə şamil ediləcəyi, o cümlədən 3500 nəfərin azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi gözlənilir. Ümumilikdə, bu günə qədər Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təqdim olunan amnistiya aktları əsasında 40 min nəfərdən çox şəxs azadlığa qovuşub, cəzaları aradan qaldırılıb".
R.Qonaqova görə, qanun və humanizm dövlətin əsas meyarlarındandır ki, bu gün Azərbaycanda hər iki dəyərə əməl olunur:
"Azadlıqdan məhrum edilmiş insanlara mərhəmət göstərilməsi dövlətin hümanistliyinin nümunəsidir. Ölkə başçısının artıq ənənəyə çevrilmiş əfv sərəncamları insan haqlarına verilən yüksək qiymətdir. Ölkənin Birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən amnistiya təşəbbüsləri isə bütün bu fəaliyyətin fövqündə dayanır. Çünki, məhz bucür amnistiya aktları daha çox insanı əhatə edir ki, bu da daha çox ailələrə sevinc hissi bəxş edir.”
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi