19-05-2016 [21:21]
13, 14 və 15 may tarixlərində azərbaycanlı gənclər velosipedlə Bakıdan Qarabağadək veloyürüş keçiriblər və 320 km məsafə qət ediblər. "Yolumuz Qarabağadır” şüarı altında keçirilən marafon "Azercell Telekom” MMC-nin dəstəyilə baş tutub.
Adil Məmmədli, Rüfət Nəcəfov, Ramin Namazlı, Ağabala Nəcəfov üç gün ərzində paytaxtdan Füzuli rayonunadək məsafəni velosipedlə qət ediblər. Onların arasında qaydasız döyüş üzrə birqat dünya, ikiqat Azərbaycan çempionu Cəmil İbrahimov da olub. 5 həvəskar velosipedçimiz marafonun ilk günündə Ələt, Hacıqabul, Şirvan, Sabirabadı keçməklə Saatlı rayonuna çatıblar.
Velosipedçilər gün ərzində cəmi bir neçə saat yatmaq şərtilə üçüncü gün İmişli və Beyləqanı da arxada qoyaraq Qarabağa - Fuzuliyə çatıblar. Sevindirici haldır ki, Azərbaycanın bölgələrində yerli əhali tərəfindən marafona böyük maraq və diqqət göstərilib. Velosipedçilərin getdiyi hər rayonda yerli sakinlər marafonçulara qoşulublar, veloyürüşün müəyyən hissəsində iştirak ediblər. Eyni zamanda velosipedçilərimiz həmin ərazilərdə olan Azercell Ekspres ofislərinə də baş çəkiblər.
"Yolumuz Qarabağadır” marafonunun məqsədi sağlam həyat tərzini təşviq etmək, gənclər arasında vətənpərvərlik hissinin daha da yüksəlməsinə töhfə verməkdən ibarət idi.
Azercell-in dəstəyilə baş tutan marafon iştirakçıları pulsuz rabitə və sürətli mobil internetlə təmin olunublar. Bu səbəbdən gənclərin yürüş zamanı operativ şəkildə video görüntü və şəkillərlə paylaşmaları mümkün olub. Velosipedçilər "Yolumuz Qarabağadır” marafonuna həsr olunmuş Facebook səhifəsində və digər sosial şəbəkələrdə keçdikləri hər rayonda maraqlı məqamları əks etdirən foto və video materiallar paylaşıblar. Hətta istirahət saatlarında velosipedçilər Azercell-in Bookmate əlavəsinin köməyilə kitab oxumağa da vaxt tapıblar.
Qeyd etməliyik ki, marafon iştirakçıları peşəkar idmançılar deyil. Onlar özlərinə məxsus sadə model velosipedlərlə yürüşə çıxıblar və qarşıya qoyulan məqsədə nail olmağı bacarıblar.
Xatırladaq ki, marafona rəhbərlik edən Adil Məmmədli və Rüfət Nəcəfov bundan əvvəl Azercell-in dəstəyilə baş tutan "Siqaretsiz həyat daha gözəldir” aksiyasında iştirak ediblər. Bu aksiya çərçivəsində onlar bir dəfə qaçaraq Bakıdan şimal, ikinci dəfə cənub sərhədinə qədər məsafə qət ediblər.
Azercell Telekom MMC bundan sonra da sağlam həyat tərzini təbliğ edən və vətənpərvərlik ruhunun yüksəlməsinə yönələn marafon və aksiyalara dəstək olacaq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi