Vergilər Nazirliyində yeni qurum yaradıldı - Təyinat

img

19-05-2016 [19:55]


Vergilər Nazirliyi yanında yeni departament yaradılıb. 

Nazirlikdən Mia.az-a verilən məlumata görə, vergi ödəyicilərinə xidmətin səviyyəsinin yüksəldilməsi, vergi məlumatlandırılması işinin və vergi qanunvericiliyinə əməl edilməsi səviyyəsinin artırılması, vergilərin könüllü ödənilməsi sisteminin inkişaf etdirilməsi sahəsində aparılan işlərin təkmilləşdirilməsi məqsədilə Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət baş idarəsinin Çağrı Mərkəzi və Xidmət Mərkəzi ləğv edilərək, Vergilər Nazirliyi yanında Çağrı Mərkəzi Departamenti yaradılıb.

Vergi ödəyicilərinə xidmət baş idarəsi rəisinin müavini vəzifəsində işləyən Məhəmməd Yunusov həmin departamentin rəisi vəzifəsinə keçirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA