“Ermənilər layihəmizə mane olmaq istəyir” - Cavid Qurbanovdan şok bəyanat

img

19-05-2016 [17:57]


"Erməni diasporu Bakı-Tbilisi-Qars (BTQ) layihəsinin reallaşdırılmasına mane olmağa çalışıb və bu cəhdlər davam edir".

Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov "The Business Year" nəşrinə müsahibəsində deyib.

BTQ-nin tikinti layihəsinin reallaşdırılmasının gedişinə gəlincə, o qeyd edib ki, Gürcüstanda 183 km uzunluğunda dəmir yolu xəttində işlər başa çatıb: "Cüzi işləri başa çatdırmaq qalıb. İlkin mərhələdə dəmir yolu üzrə ildə beş milyon ton yük daşımaq mümkün olacaq, lakin gələcəkdə bu göstərici 17 milyon tona çatacaq".

Trend.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA