19-05-2016 [17:05]
Bu gün Baş prokuror Zakir Qaralovun sədrliyi ilə Azərbaycan Prezidentinin 27 aprel 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn və prokurorluq orqanları qarşısında duran vəzifələrin müzakirəsinə dair əməliyyat müşavirəsi keçirilib.
Baş Prokurorluqdan Mia.az-a verilən məlumata görə, Baş prokuror Zakir Qaralov bildirib ki, "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar Baş Prokurorluğun Tədbirlər Planı təsdiq edilməli və nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə icrası istiqamətində zəruri tədbirlər görülməlidir.
Müşavirədə məruzə ilə çıxış edən Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirlər, icra edilmiş Fəaliyyət Planları, ixtisaslaşmış orqanlar, o cümlədən bu sahədə ixtisaslaşmış cinayət təqibi orqanı olan – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin yaradılması, fəaliyyəti, strukturu və ştat tərkibinin formalaşması, habelə korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq qurumlarla faydalı əməkdaşlıq barədə ətraflı məlumat verib.
Qeyd edilib ki, qəbul olunmuş "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməklə anti-korrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi, həyata keçirilən iqtisadi islahatların korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəklənməsi, vətəndaşların maarifləndirilməsi, vətəndaş cəmiyyəti nümayəndələri ilə təmasın daha da gücləndirilməsi, korrupsiya halları ilə üzləşmiş vətəndaşların ixtisaslaşmış cinayət təqibi orqanı kimi Baş İdarəyə birbaşa və maneəsiz müraciət etmək imkanının təmin edilməsi, vətəndaşların dövlət orqanlarına etimadının artırılması, "161-Qaynar xətt” əlaqə mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi, dövlət orqanlarının daxili nəzarət qurumları ilə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar arasında məlumat mübadiləsinin aparılması, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşan beynəlxalq təşkilatlar və xarici ölkələrin aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq əlaqələrinin təkmilləşdirilməsi, açıq hökumət prinsipləri, dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsini özündə ehtiva edib.
Müşavirədə Baş Prokurorluğun Hüquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynov "Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan elektron xidmət növlərinin siyahısının təkmilləşdirilməsi məqsədilə prokurorluq orqanlarında müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində görülən işlər barədə ətraflı məlumat verib.
Bildirilib ki, Baş Prokurorluqda hazırlanmış "Elektron Sənəd Dövriyyəsi” və "Elektron Cinayət” proqramlarının tətbiqi təmin olunmaqla informasiya-kommunikasiya texnologiyalarının son nailiyyətlərindən istifadə edilərək mərkəzi aparatla tabe prokurorluqlar arasında video-konfras sistemi quraşdırılmaqla onlayn rejimdə vətəndaşların qəbulu həyata keçirilib. Eyni zamanda Baş Prokurorluğun veb-saytının proqram hissəsinin daha müasir və təhlükəsizlik standartlarına cavab verən proqramla əvəz edilməsi prosesinin yekunlaşdırılması və informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində həyata keçirilən tədbirlərin davam etdirildiyi müşavirə iştirakçılarının diqqətinə çatdırıllb.
Müşavirədə prokurorluq orqanlarında əmək intizamının daha da möhkəmləndirilməsi istiqamətində ciddi tədbirlərin görülməsi, bütün struktur qurumlarda möhkəm nizam-intizam şəraitinin yaradılması, aşkar olunan hər bir nöqsan və çatışmazlıqlara qarşı prinsipiallıq mövqeyindən yanaşılmaqla müvafiq nəticələrin çıxarılması Baş Prokurorluğun əlaqədar struktur qurumları və bütün tabe prokurorluqlardan tələb edilib.
Bundan başqa, prokurorluq orqanlarında vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi təmin edilməklə vətəndaşların müraciət etmək imkanlarının genişləndirilməsi və asanlaşdırılması, daxil olmuş müraciətlərə daha diqqətlə yanaşılaraq qaldırılan məsələlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi, bu sahədə müasir informasiya kommunikasiya texnologiyalarından istifadə edilməsi, müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin gündəlik nəzarətdə saxlanılmaqla, "Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin səmərəliliyinin artırılması haqqında” əmrin qeyd-şərtsiz icrası və həmin fəaliyyət istiqaməti üzrə işin düzgün təşkili ilə bağlı konkret tapşırıqlar verilib.
Əməliyyat müşavirəsinə yekun vuran Baş prokuror bildirib ki, qarşıdakı dövr ərzində Baş İdarə beynəlxalq standartlar nəzərə alınmaqla korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyətini artırmalı, antikorrupsion qanunvericiliyin təkmilləşdirilməsi, o cümlədən istintaq sövdələşməsi, hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiqi kimi müddəaların cinayət qanunvericiliyinə daxil edilməsi, eləcə də, elektron informasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi üçün zəruri tədbirlərin görülməsi təmin edilməlidir.
Müşavirənin yekununda "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar Baş Prokurorluğun Tədbirlər Planı təsdiq edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi