MTRŞ 6 özəl televiziyaya pul ayırdı

img

19-05-2016 [15:53]


Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

Mia.az-ın MTRŞ-nın saytına istinadən xəbərinə görə, iclasda Azərbaycan Respublikasında özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 12 may 2016-cı il tarixli Sərəncamına uyğun olaraq teleradio yayımçılarına maliyyə yardımının ayrılması məsələsi müzakirə olunub.

2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına ayrılmış 2 (iki) milyon manat vəsaitin ümumrespublika özəl televiziya yayımçılarına (ATV, ANS TV, Xəzər TV, Space TV, Lider TV, Region TV) bərabər şəkildə ayrılması barədə qərar qəbul edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA