Yeni icra başçıları kimlərdir? - Maraqlı faktlar

img

19-05-2016 [14:53]


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün iki rayona - Yardımlı və Qazaxa yeni icra başçıları təyin edib.

Mia.az xəbər verir ki, Yardımlıya təyin edilən icra başçısı Ayaz Əsgərov bundan əvvəl Qazaxın icra başçısı olub. O,  "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin keçmiş sədri, hazırda nəqliyyat naziri Ziya Məmmədovun müavini olan Arif Əsgərovun qardaşıdır.

Qazaxa yeni təyin edilən icra başçısı Rəcəb Abas oğlu Babaşov isə bu vəzifəyə qədər Vergilər Nazirliyinin Bakı Vergilər Departamentində İri Vergi Ödəyiciləri ilə iş üzrə rəis müavini vəzifəsində işləyib. Onun Cavid Qurbanovla da çox yaxın əlaqələri olduğu bildirilir. 

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA