Prezidentdən yeni icra başçıları təyinatı - Nazir müavininin qardaşı və rəis müavini icra başçısı oldu

img

19-05-2016 [14:39]


Prezident İlham Əliyev daha bir icra başçısı ilə bağlı sərəncam verib. 

Mia.az xəbər verir ki, sərəncama əsasən Qazaxın icra başçısı Ayaz Əsgərov vəzifəsindən azad olunaraq, Yardımlı İcra hakimiyyətinə rəhbər təyin olunub.

Qeyd edək ki, Ayaz Əsgərov "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin keçmiş sədri, hazırda nəqliyyat naziri Ziya Məmmədovun müavini olan Arif Əsgərovun qardaşıdır.

Rəcəb Abas oğlu Babaşov Qazax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 

Onu da qeyd edək ki, yeni icra başçısı R.Babaşov bu vəzifəyə qədər Vergilər Nazirliyinin Bakı Vergilər Departamentində İri Vergi Ödəyiciləri ilə iş üzrə rəis müavini vəzifəsində işləyib. Onun Cavid Qurbanovla da çox yaxın əlaqələri olduğu bildirilir.

Xatırladaq ki, mart ayında ölkə başçısı Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hacağa oğlu Hətəmovu Salyan rayonuna icra başçısı təyin edib. O vaxtdan həmin posta təyinat olmamışdı.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA