Oliqarxın ən zəngin varisi - 8,9 milyard dollarla

img

19-05-2016 [12:34]


"Lukoyl” prezidenti Vahid Ələkbərovun yeganə övladı Yusif Ələkbərov rusiyalı milyarderlərin uşaqları arasında ən zəngin varisdir.

Bu barədə Forbes jurnalı yazıb. Onun atasının sərvəti 8,9 milyard dollardır. Reytinqi hazırlayarkən nəşr hər rus milyarderin sərvətini onun övladları arasında bölüşdürüb. İkinci yerdə "Evroxim” şirkətinin sahibi Andrey Melniçenkonun 4 yaşlı qızı 8,2 milyard sərvətlə qərarlaşır.

Siyahıya ümumilikdə, hər uşağa 1,82 milyarddan az sərvət düşməyən 20 ailə daxil edilib. Ən maraqlısı isə cədvəldə Roman Abromoviçin uşaqlarının adının olmamasıdır. Belə ki, yeddi uşağın arasında bölünən sərvət hər varis üçün cəmi 1,1 milyard dollar təşkil edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA