Qəzaya uğramış Azərbaycan təyyarəsində sağ qalan iki nəfər Ukrayna vətəndaşı çıxdı

img

19-05-2016 [10:23]


Azərbaycanın "Silkway” aviaşirkətinə məxsus yük təyyarəsinin Əfqanıstanda qəzaya uğraması nəticəsində sağ qalanlar Ukrayna vətəndaşlarıdır.

APA-nın "mk.ru” saytına istinadən verdiyi xəbərə görə, onlardan ikisinin də vəziyəti ağırdır.

Qeyd edək ki, mayın 18-də "Silkway” şirkətinə məxsus yük təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb. İlkin məlumata görə, təyyarənin 9 ekipaj üzvündən 7-si həlak olub.

Beynəlxalq heyət tərəfindən idarə edilən təyyarənin ekipajına 5 Azərbaycan, 3 Ukrayna və 1 Özbəkistan vətəndaşı daxil olub.

Azərbaycan tərəfi hadisənin səbəblərini araşdırmaq üçün komissiya yaradıb.

Komissiya üzvlərinin bu gün hadisə yerinə gedəcəyi gözlənilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA