Milli Məclisdə ?Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında? qanun qəbul olunacaq

img

05-04-2010 [04:08]


Milli Məclisdə ?Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında? qanun layihəsi üçüncü oxunuşda qəbul olunacaq. Bu barədə parlamentin Aqar siaysət komitəsinin sədri Eldar İbrahimov məlumat verib. E.İbrahimov bildirib ki, qanun torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyaların məbləğinin hesablanması və ödənilməsi qaydalarını, bu sahədə tərəflər arasında yaranan münasibətləri tənzimləyir. Qanun layihəsinin komitədə müzakirə edildiyini deyən E.İbrahimovun sözlərinə görə, sənədin əvvəlki iki oxunuşunda millət vəkilləri və mütəxəssislər tərəfindən bildirilən irad, təkliflər işçi qrupunda ətraflı müzakirə edilib. ?Torpaqların dövlət ehtiyacları üçün alınması prosesi çox həssas bir məsələdir. Qanun layihəsində fiziki və hüquqi şəxslərin mülkiyyət hüququnun toxunulmazlığı, şəffaflığın təmin olunması, mübahisələrə yol verilməməsi tam əksini tapıb. Sənəddə, həmçinin torpaqların alınması, alınan torpağın qiymətləndirilməsi, kompensasiya ilə bağlı iddialar, onun ödənilməsi ilə bağlı prosedur qaydaları və digər məsələlər geniş şəkildə əhatə olunub? deyə komitə sədri vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA