18-05-2016 [17:53]
Bir qrup Göyçay rayon sakini Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon Şöbəsinin müdiri Kamran Xəlilovla bağlı şikayət məktubu göndərilib.
Məktubda Kamran Xəlilova qarşı bir sıra ciddi ittihamar irəli sürülüb.
Belə ki, rayon sakinlərinin iddiasına görə, Kamran Xəlilov vaxtilə ruhi xəstəliyə görə hərbi xidmətə yararsız hesab edilib. Ancaq buna baxmayaraq, onu Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon Şöbəsinin müdiri kimi yüksək vəzifəyə təyin ediblər: "Bunun da bir səbəbi onun arxasında əmisi oğlu, gömrük generalı Ehtiram Xəlilovun dayanmasıdır”.
Məktubda qeyd edilir ki, Kamran Xəlilov dövlət vəsaitini göyə sovurur: "2009-cu ilin oktyabr ayı tarixində bu vəzifəyə təyin edilən Kamran Xəlilov, "hörmət” hesabına çoxlu sayda rayon sakinlərinə saxta əmək stajı təyin etdirib, dövlətə küllü miqdarda zərər vurub. Belə ki, məhkəmə qaydasında iş stajının müəyyən edilməsi faktının təsdiq edilməsinə dair Göyçay rayon məhkəməsində qaldırılan iddialar üzrə keçirilən iclaslarda maraqlı şəxs kimi çıxış edən Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon şöbəsi, saxta sənədlərlə, yalançı-saxta şahidlərlə razılaşıb, saxta və qanunsuz qətnamələrin çıxarılmasına şərait yaratmış, həmin qətnamələrdən apellyasiya şikayəti verməmişdir. Həmin qətnamələr əsasında indiyə kimi 5000 nəfərdən çox şəxsə saxta iş stajı təyin edilmişdir. Əgər araşdırılarsa, həmin şəxslər göstərilən yerlərdə işləməyiblər. Sadəcə olaraq, bütün bu saxtakarlıqları əvvəlcədən danışılmış şəkildə Kamran Xəlilov özü hazırlayır, məhkəmədə "qanuniləşdirir” və külli miqdarda qazanca sahib olur. Bu saxtakarlığın obyektiv yoxlanılmasına zərurət var”.
Məktubda daha sonra qeyd edilir ki, Kamran Xəlilov Göyçay şəhərində Səməd Vurğun adına İnternat məktəbinin həyətində özünə böyük bir villa tikdirib: "Həmin yer uşaq internat məktəbinin həyətyanı sahəsi olsa da, bələdiyyə sədri ilə əlbir olub, oranı qanunsuz olaraq zəbt etmişdir. Kamran Xəlilovun bütün fəaliyətinin obyektiv yoxlanılmasına zərurət olsa da, əmisi oğlu, general Ehtiram Xəlilov bunu mümkünsüz etmişdir. Kamran Xəlilov hazırda çox əlləşir ki, yeni yaradılacaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon şöbəsinin rəhbəri vəzifəsinə təyin olunsun”.
Məktub müəlifləri mətbuat vasitəsi ilə Prezident İlham Əliyevə, Baş prokuror Zakir Qaralova, nazir Səlim Müslümova, Hesablama Palatasına müraciət edərək, qeyd olunan fakların obyektiv araşdırılıb, Kamran Xəlilovun barəsində ciddi tədbir görülməsini xahiş edirlər.
Məktub Göyçay rayon sakinləri Seyidov Azər Əliəjdər oğlu, Babayev Pünhan Hamlet oğlu və Qasımov Sahib Dadaş oğlu və digərləri tərəfindən yazılıb.
Məktubda göstərilənlərlə bağlı Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon Şöbəsinin müdiri Kamran Xəlilovun da mövqeyini işıqlandırmağa hazırıq.
aznews.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi