18-05-2016 [16:31]
Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-nın növbəti Şura və plenar iclaslarında iştirak etmək üçün mayın 18-dən 20-dək Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində səfərdə olacaq.
Mia.az Milli Məclisin rəsmi saytına istinadən xəbər verir ki, nümayəndə heyətinin tərkibinə Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, deputatlardan İlham Məmmədov, Rauf Əliyev, Mirkazım Kazımov, Fəzail Ağamalı, Rüfət Quliyev, Aparatın rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
MDB PA-nın Şura iclasında qurumun xətti ilə təşkilata üzv ölkələrdə keçirilmiş prezident və parlament seçkilərinin monitorinqi, Parlament Assambleyasının ötənilki fəaliyyəti və digər məsələlər müzakirə olunacaq.
Təşkilatın 44-cü plenar iclasında "Energetikanın inkişafının əsasları haqqında", "Bioloji müxtəlifliyin qorunması, istifadəsi, yenidən bərpası haqqında", "Ekoloji ekspertiza haqqında" və digər model qanunlara baxılacaq, kosmik fəzadan dinc məqsədlərlə istifadə olunması barədə fikir mübadiləsi aparılacaq.
Deputatlarımız orada MDB PA-nın daimi komissiyalarının iclaslarında iştirak edəcək, müzakirə olunacaq məsələlərə öz münasibətlərini bildirəcəklər.
Səfər çərçivəsində Milli Məclis sədrinin tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub. Bu görüşlərdə MDB PA-nın fəaliyyəti, parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, regional münaqişələrin həlli yolları və tərəfləri maraqlandıran digər məsələlər müzakirə olunacaq.
Mia.az Milli Məclisə istinadən onu da bildirir ki, mayın 20-də Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Monteneqronun Podqoritsa şəhərinə səfər edəcək.
Nümayəndə heyətinin tərkibinə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
Nümayəndə heyəti burada Monteneqronun müstəqilliyinin 10 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirlərə qatılacaq.
Milli Məclisin Sədri Oqtay Əsədovun yubiley tədbirində iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri gözlənilir.
Səfər mayın 22-də başa çatacaq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi