"İŞİD-ə qoşulanların siyahısında demək olar ki, azərbaycanlıların sayı hallanmır" - Komitə sədri

img

18-05-2016 [16:11]


"İndi Azərbaycandan İŞİD-ə qoşulma faktı yox dərəcəsindədir".

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Bu il ərzində Azərbaycandan bir nəfərin də qeyri-qanuni silahlı birləşmələrə qoşulmaq üçün ölkədən kənara getmədiyini deyən Komitə sədri bildirib ki, əvvələr İŞİD silahlı biləşmələrinə qoşulanlardan peşman olub qayıdanlar var: "Çox təəssüf ki, bəziləri İŞİD-ə qoşulduqdan sonra çox böyük fəlakətlə üzləşiblər, hətta həlak olanlar da olub. Amma son zamanlar, yəni bu il ərzində dəqiq deyə bilərəm ki, Azərbaycandan bir nəfər də qeyri-qanuni silahlı birləşmələrə qoşulmaq üçün ölkədən kənara getməyib".

M.Qurbanlı qeyri-qanuni silahlı birləşmələrə qoşulan ölkələr arasında Azərbaycanın adının hallanmadığını bildirib: "İŞİD-ə qoşulanların siyahısında demək olar ki, azərbaycanlıların sayı hallanmır. Çünki bizim ölkədən o qanunsuz silahlı birləşmələrə qoşulanların sayı çox cüzi olur. Əsas böyük ölkələrin adı həmin siyahıda hallanır". 

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA