Gələn ilin dövlət büdcəsinin layihəsi hökumətə təqdim olundu

img

18-05-2016 [15:37]


2017-ci il dövlət büdcəsinin ilkin layihəsi Nazirlər Kabinetinə təqdim olunub.

Bu barədə Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev bildirib.

Onun sözlərinə görə, "Büdcə sistemi haqqında” qanuna və "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi layihəsinin hazırlanması ilə bağlı” Nazirlər Kabinetinin 2016-cı il 29 yanvar tarixli sərəncamına uyğun olaraq 2017-ci il dövlət büdcəsinin ilkin layihəsi, büdcə-vergi siyasətinin əsas istiqamətləri, büdcə təsnifatının bölmələri səviyyəsində gəlir və xərclərin yuxarı həddi, dövlət borcları, prioritet xərclər, növbəti büdcə ili və sonrakı üç il üçün icmal büdcə proqnozu 2016-cı il 15 aprel tarixində Nazirlər Kabinetinə təqdim olunub.

"Növbəti il üzrə dövlət büdcəsinin layihəsi və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin tərtibinə dair təlimat məktubu vaxtından əvvəl - 2016-cı il 19 aprel tarixdə hazırlanaraq büdcənin tərtibi prosesində iştirak edən bütün təşkilatlara göndərilib”, - M. Piriyev vurğulayıb.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA