"Mədət Quliyevin keçmiş təşkilatına inamı olmasaydı, Hacı Məmmədovu ora göndərməzdi"

img

18-05-2016 [15:29]


İki gün öncə Hacı Məmmədovla bağlı mətbuatda və sosial şəbəkələrdə məlumat yayıldı ki, qanqster "bərk" xəstədir və Pentensiar Xidmətin müalicə müəssisəsində müalicə alır.

Odur ki, belə bur sual aktuallıq kəsb etməyə başlayıb ki, onu 10 ildən sonra təcridxanadan cəzaçəkmə müəsisəsinə etap etmək təhlükəsizlik baxımından riskli deyildimi?
Eyni zamanda xəstə olması ilə bağlı məlumatların vaxtaşırı döviyyəyə buraxılması onun gələcəkdə "öz əcəli ilə" ölməsi ehtimalını artırmırmı?

Moderator.az - ın əməkdaşı bu sualla müraciət etdiyi keçmiş MTN zabiti İlham İsmayıldan aşağıdakı cavabı alıb: "Hacı Məmmədovun Penitensiar Xidmətin müalicə məssisəsinə göndərilməsi Eldar Mahmudovun rəhbərlik etdiyi dövrdə olsaydı, müəyyən təhlükədən danışmaq, şübhələnmək olardı. Nəzərə alın ki, Dövlət Təhlükəsizlik Xidmətinin indiki rəhbəri Mədət Quliyev bundan əvvəl Penitensiar xidmətin rəisi olub və özünə, keçmiş təşkilatına inamı olmasaydı Hacı Məmmədovu qeyd olunan müalicə müəssisəsinə göndərməzdi. Yəni Hacı Məmmədova orda təhlükə olmayacaq. O ki, qaldı Hacı Məmmədovun "xəstəliyinin dövriyyəyə buraxılması və perspektivdə öz əcəliylə ölümü" məsələsinin sığortalanması ehtimalına - bu az inandırıcıdı. Hacı hələ həbs olunanda səhv etmirəmsə şəkər xəstəliyindən (ya hansısa başqasından) əzab çəkdiyi barədə informasiya yayılmışdı və nəzərə alın ki, həbsxana sanatoriya deyil, Hacının da yaşı kifayət qədərdi. Əlavə edək ki, artıq Hacı Məmmədovun özünün təhlükəli informasiya daşıyıcısı olması faktoruna - bu artıq köhnəlib və Hacı təhlükə mənbəyi deyil".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA