Prezident Aparatında kadr dəyişikliyi; Yeni şöbəyə təyinat

img

18-05-2016 [14:40]


Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında yeni struktur yaradılıb.

Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətində yeni şöbə yaradılıb. Prezidentin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin Aqrar və Sənaye Məsələləri şöbəsi adlananyeni struktura Azər Əmiraslanov müdir təyin edilib.

Azər Əmiraslanovun Prezidentin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin Aqrar və Sənaye Məsələləri şöbəsinə müdir təyin edildiyini Kürdəmir rayon İcra hakimiyyətinin rəsmi saytında yayılan xəbərdəki təqdimatdan da görmək olar(tezis.az).

Xatırladaq ki, Azər Əmiraslanov Azərbaycan Prezidentinin 25 avqust 2008-ci il sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdi


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA