18-05-2016 [13:44]
AMEA prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Fundamental Tədqiqatlar Fondunda (RFTF) olub.
Mia.az-a AMEA-dan verilən məlumata görə, RFTF Şurasının sədri, akademik Vladislav Pançenko ilə keçirilən görüşdə fundamental elmlər sahəsində səmərəli birgə fəaliyyətin, Rusiya ilə Azərbaycan arasında texnoloji, sosial-iqtisadi sahələrdə yeni layihələrin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüş çərçivəsində AMEA, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) və Rusiya Fundamental Tədqiqatlar Fondu arasında əməkdaşlıq haqqında saziş imzalanıb.
Akademik A.Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzində (BETİM) də olub.
Rəhbərlik etdiyi mərkəzin Azərbaycan ilə elmi və texniki sahələrdə sıx əməkdaşlığında maraqlı olduğunu bildirən BETİM-in baş direktoru Gennadi Uqrinoviç informasiya mübadiləsi, elmi əlaqələrin yaradılması və digər istiqamətlərdə birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətindən danışıb. G.Uqrinoviç Azərbaycan alimlərinin məqalələrinin mərkəzin nəşr etdirdiyi "İnformasiya və innovasiya” jurnalında dərc olunmasını təklif edib. Bunun respublikada son illər əldə edilmiş elmi nailiyyətlər, innovasiya yenilikləri barədə məlumatların yayılması istiqamətində atılan növbət bir addım olacağını vurğulayıb.
AMEA-nın prezidenti Azərbaycanda elmin və təhsilin inkişafı sahəsində həyata keçirilən dövlət proqramları və layihələr, dünyanın bir çox elmi mərkəzləri ilə qurulan sıx əlaqələr barədə məlumat verib. Akademik A.Əlizadə Rusiyanın elmi institutları, o cümlədən Rusiya Elmlər Akademiyasının O.Şmidt adına Yerin Fizikası İnstitutu və Geologiya İnstitutu ilə bağlanan müqavilələr əsasında birgə tədqiqatların aparıldığını diqqətə çatdırıb.
AMEA-nın nümayəndə heyəti gənc alimlər və Rusiyada təhsil alan azərbaycanlı tələbələrlə də görüşüb.
Görüşdə akademik A.Əlizadə AMEA-da həyata keçirilən yeniliklərdən, struktur dəyişikliklərindən danışaraq bildirib ki, artıq 2015-ci ildən Akademiya təhsilin magistratura pilləsinə qəbul keçirir və bu ildən qəbul üzrə elmi istiqamətlərin sayı artırılıb. Akademik AMEA-da yaradılmış yeni elmi institutların, xüsusilə Qafqazşünaslıq İnstitutunun Azərbaycan tarixinin, eləcə də Qafqaz regionu ilə əlaqələrin sistemli tədqiqinə şərait yaratdığını diqqətə çatdırıb.
Daha sonra akademik A.Əlizadə gənc alimlərin və tələbələrin suallarını cavablandırıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi