Bakıda adam oğurlandı - Polis hərəkətə keçdi

img

18-05-2016 [10:36]


Bakıda daha bir adam oğurluğu faktı qeydə alınıb.

Mia.az bildirir ki, Xətai rayon Polis İdarəsindən apa-ya verilən məlumata görə, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Rizvan İsrafil oğlu Məmmədrzayev polisə ərizə ilə müraciət edərək dostu, Tovuz rayon sakini, 1978-ci il təvəllüdlü Mustafa Asif oğlu Qarayevin dörd nəfər naməlum şəxs tərəfindən "VAZ-2106” markalı, 10 HE 380 dövlət nömrə nişanlı avtomobilə zorla əyləşdirilərək qaçırıldığını bildirib.
M. Qarayev bir neçə gün girov saxlanıldıqdan sonra sərbəst buraxılıb.
Daxil olan şikayət əsasında Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Qeyd edək ki, bir müddət əvvəl Bakının Sabunçu rayonunda özünü İŞİD üzvü kimi təqdim edən şəxs 8 yaşlı uşağı oğurlamışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA