Dünyanın ən nüfuzlu universitetlərində oxumaq imkanı

img

05-04-2010 [01:56]


?Beynəlxalq Təhsil Sərgisi- 2010? 6 Aprel, 2010-cu il, saat 11.00-17.00-da tarixində dünyanın nüfuzlu universitetlərində təhsil almaq istəyən hər bir gənci gözləyir. Sərginin məqsədi tələbələrin bir sıra nüfuzlu xarici universitetlərlə tanışlığı, yerli universitetlərlə əməkdaşlıq əlaqələrinin qurulması, səfərlərin təşkili və məlumatverici təqdimatların həyata keçirilməsidir. Təhsil sərgisi Nəsimi rayonu, Nizami küçəsi 90A ünvanında, Landmark otelinin Rotunda Zalında baş tutacaq. Sərgidə Böyük Britaniya, ABŞ, İsveçrə və Türkiyənin ən nüfuzlu universitetləri və bir sıra beynəlxalq təşkilatlar iştirak edəcək. Sərgi iştirakçıları iştirakçı universitetlər haqda ümumi məlumatla tanış olmaq, universitetlərə müraciət formaları və müddətləri, ərizələrin doldurulması qaydaları, müxtəlif pillələr üzrə təhsil formaları, bakalavr, magistr proqramları, eləcə də dil kursları haqda geniş məlumat almaq imkanı qazanacaqlar. Görüşdə tələbələrin universitetlərlə yaxından tanışlığı, video təqdimatların izlənilməsi, təklif olunan proqramlar haqda məlumatlandırılması və onları maraqlandıran sualların cavablandırılması təmin olunacaq. Tədbirə təxminən 3000-4000 tələbənin gəlməsi gözlənilir. Növbəti gün Kaspi Təhsil Mərkəzində universitetlərin fərdi seminarları təşkil olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA