17-05-2016 [18:59]
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğu Amerikanın Səsinə müsahibəsində ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünün yekunları, atəşkəs rejiminin yenidən pozulması və münaqişənin nizamlanması üçün vacib olan təməl prinsiplərdən danışıb.
Mia.az Elxan Şahinoğlunun "Amerikanın Səsi"nə müsahibəsini təqdim edir:
- ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşü münaqişənin nizamlanmasına təkan verə bilərmi?
Elxan Şahinoğlu: Düşünürəm ki, təkan verməyəcək. Çünki dünənki görüşün təfərruatlarına varsaq real bir nəticə ortada yoxdur. Əsas nəticə ondan ibarətdir ki, növbəti ayda, yəni iyunun sonunda görüş olacaq və bu görüşə qədər tərəflər atəşkəsə riayət etməlidir. Əsas nəticə bundan ibarətdir. Amma, danışıqlarda real irəliləyiş əldə olunmadı.
Amerikanın Səsi: Azərbaycan tərəfi öz mövqeyini birmənalı şəkildə bəyan edib. Münaqişənin nizamlanması Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxmasından başlayır. Bu mümkündürmü?
Elxan Şahinoğlu: Bəli, mümkündür. Bunu aprel ayında cəbhə bölgəsindəki 4 günlük savaş da göstərdi. 22 ildir ki, danışıqlar nəticə vermirdi. Azərbaycan Ordusu öz gücünü göstərdi və bütün beynəlxalq aləm, o cümlədən də işğalçı dövlət Ermənistan da gördü ki, Azərbaycan Ordusu bu illərdə güclənib, modern silahlara malikdir. Azərbaycan həm də onu sübut etdi ki, artıq nəticəsiz danışıqlarda iştirak etməyəcək. Dövlət başçısı İlham Əliyev də qeyd edir ki, artıq imitasiya xarakterli görüşlərə qatılmayacaq. Beynəlxalq birlik bunu anladı. Dünənki görüşün də əhəmiyyəti onda idi ki, bir də Azərbaycan qeyd etdi ki, ilkin şərt irəli sürülmədən Dağlıq Qarabağ ətrafında heç olmasa 5 rayon boşaldılmalıdır. Bu addım atılmayanadək nə atəşkəsə riayət olunacaq, nə də sakitlik olacaq.
Amerikanın Səsi: Danışıqlarda cəbhə xəttində araşdrımaçı mexanizmlərin yaradılması, ATƏT-in fəaliyyətdə olan sədrinin ofisinin genişləndiriməsi barədə razılığa gəlinib. Bu real situasiyaya təsir edə bilərmi?
Elxan Şahinoğlu: İnanmıram ki, bu da real situasiyaya təsir etsin. Çünki Azərbaycanın mövqeyi bundan ibarətdir, əvvəlcə Dağlıq Qarabağın ətrafındakı rayonlar boşaldılmalıdır, ondan sonra insidentlər araşdırıla bilər. Bu olmadan, işğalçı ordu tərəfindən birinci addım atılmadan, mən düşünmürəm ki, Azərbaycan hakimiyyəti bu prinsiplə razılaşsın. Bu, bəyanatdır, imzalanan sənəd deyil ki, biz ona riayət edək. Digər tərəfdən bizdən tələb edirdilər ki, snayperlər və ağır texnika təmas xəttindən geri çəkilməlidir. Biz buna da gedə bilmərik. Çünki əgər işğalçı dövlət masa arxasında addım atmırsa, güzəşt addımı atmırsa, demək ona təzyiq ediməlidir ki, o bu prosesdə hansısa bir addım atsın.
Amerikanın Səsi: Prezidentlər iyunda yeni görüşlə bağlı razılığa gəlməlidir? Bu görüşlər son 24 illik danışıqlardan nə ilə fərqlənə bilər? Nəticələri ola bilərmi?
Elxan Şahinoğlu: Vyana görüşü bizə lazım idi. Ona görə ki, aprel döyüşlərindən sonra prezidentlərin beynəlxalq vasitəçilərin iştirakı ilə ilk görüşü idi. Yenə də təkrar edirəm, beynəlxalq aləm anladı ki, Azərbaycan əbədiyyətə qədər sülh danışıqlarında iştirakda maraqlı deyil. Cəmiyyətin də sosial sifarişi odur ki, biz torpaqlarımızı azad edək. Ona görə də düşünürəm ki, iyun görüşü o mənada əhəmiyyətli ola bilər ki, o görüşə qədər artıq vasitəçilər masa üzərinə hansısa bir həll planı qoysunlar. Yox, belə bir plan olmayacaqsa, Ermənistana təsir edib Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması sürətləndirilməyəcəksə düşünürəm ki, iyundakı görüş də nəticəsiz qalacaq. Əslində sonrakı görüşlər də bizim əleyhimizə işləyəcək. Çünki Ermənistan bu yolla yenidən status-kvonu qorumağa çalışacaq.
Amerikanın Səsi: Yeri gəlmişkən, aprel ayında da Vaşinqton görüşündən dərhal sonra cəbhədə qanlı toqquşmalar oldu. Tərəflər onlarla itkilərə məruz qaldı. Bu gün də görüşdən bir neçə saat sonra cəbhədə gərginlık davam edib və hər iki tərəf itki verib. Bu, danışıqlardan razı olmamağın təzahürü deyilmi?
Elxan Şahinoğlu: Təşəkkür edirəm. Çox maraqlı sualdır. Həqiqətən də paralellik var. Vaşinqtona həm Azərbaycan, həm Ermənistan prezidentləri getmişdi. Amma, məhz atəşkəsin pozulması, savaş o günlərdə baş verdi. Bu o deməkdir ki, əslində atəşkəsə tərəflər riayət etmir. Dünənki görüşdən sonra da xəbərlər gəldi ki, qarşı tərəf atəşkəsi pozub, bir hərbçimizi itirmişik. Bunun özü də ondan xəbər verir ki, Vyana görüşünün elə bir real nəticəsi yoxdur. Düşünürəm ki, Vyana görüşündən sonrakı həftələrdə də atəşkəs yenidən pozulacaq. Çünki məsələnin mahiyyəti həll olunmayıb. Dünənki görüşdə sadəcə detallar danışılıb. Məsələnin mahiyyəti odur ki, Ermənistan Dağlıq Qarabağın ətrafındakı beş rayonu, açar rayonu azad etməlidir. Ondan sonra Azərbaycan qarşılıqlı addım atacaq, Ermənistana təhlükəsizilik vəd edəcək, insidentlərin araşdırılmasına razılaşacaq. Bu, baş vermədən atəşkəs də daim pozulacaq, bəyanatlar da kağız üzərində qalacaq.OLG
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi