17-05-2016 [17:46]
Azərbaycan Respublikası Təhsil nazirliyi, Rabitə və yüksək texnologiyalar nazirliyi və Yüksək Texnologiyalar Parkının dəstəyi ilə "Microsoft Azerbaijan” və "Nar” tərəfindən Azərbaycanda 2-ci dəfə keçirilən "Imagine Cup” innovasiya müsabiqəsinin milli final mərhələsinin qalibləri müəyyənləşib.
Mia.az xəbər verir ki, müsabiqədə iştirak etmək üçün "Microsoft” platforması üzərində innovativ proqram layihəsini, müasir dövrün problemlərini həll edən tətbiqin prototipini hazırlamaq və ya orijinal oyun fikirləşmək lazım idi. Bu il müsabiqənin milli seçim turuna 11 universiteti təmsil edən 25 komanda qatılmış, ən yaxşı 15 komanda isə milli finala vəsiqə qazanmışdı.
Ümumdünya finalında olduğu kimi milli finalda da müsabiqədə iştirak edən ali və peşə təhsil müəssisələrinin tələbələrindən ibarət komandalar üç nominasiya üzrə yarışdılar: "İnnovasiya”, "Oyunlar” və "Sosial layihələr”. Peşəkar münsiflər tərəfindən qiymətləndirilən layihələr arasından hər üç nominasiya üzrə qaliblər müəyyən edildi. Milli finalda "İnnovasiyalar” nominasiyası üzrə emosiyaların identifikasiyası layihəsini təqdim etmiş "JavaSet” komandası, "Oyunlar” nominasiyası üzrə görmə qabiliyyətindən məhrum insanlar üçün oyun təqdim etmiş ADA universitetinin "The Corp” komandası, "Sosial layihələr” nominasiyası üzrə isə çətin vəziyyətə düşmüş yaşlı insanların yerinin yaxınları tərəfindən təsbit edilməsini asanlaşdıran cihazı təqdim etmiş "SABAH Groups” təmsilçisi olan "TechSOS” komandası qalib gəldi.
Mükafatlandırma mərasiminə qatılan "Azerfon” şirkətinin baş icraçı direktoru Kent Maknili qalibləri təbrik edərək, müsabiqənin keçirilməsində əsas məqsədin tələbələrə innovativ düşüncə qabiliyyətinin aşılanması və yerli istedadların üzə çıxarılması olduğunu söylədi.
"İstedadlı Azərbaycan tələbələrinin müəyyən edilməsi, onların sabahın bazar tələblərinə hazırlıqlı mütəxəssis kimi yetişdirilmələrinə şərait yaradılması bizim bu layihəyə artıq bir ənənəyə çevrilmiş dəstəyimizi şərtləndirən başlıca amildir. "Nar” hər zaman gənclərin yanındadır və onların yeni zirvələri fəth etmələrinə dəstək verməyə hazırdır. İnanırıq ki, bu istedadlı gənclərin arasından gələcəyin peşəkarları, öz sahələrinin mütəxəssisləri və, ən əsası, layiqli vətən övladları yetişəcəkdir”, - deyə Maknili bildirdi.
Qalib komandalar artıq may ayında keçiriləcək beynəlxalq onlayn-səsvermədə iştirak etmək hüququ qazanıblar. Səsvermə nəticəsində onlar ABŞ-da keçiriləcək dünya finalında iştirak edib əsas mükafat olan 50.000 ABŞ dolları məbləğindəki pul mükafatı uğrunda yarışmaq imkanı qazanacaqlar.
Qeyd edək ki, "Microsoft Imagine Cup” müsabiqəsi dünya tələbələri arasında hər il keçirilən ən genişmiqyaslı innovasiya müsabiqələrindən biri sayılır. Müsabiqənin keçirilməsində məqsəd tələbələrin istedadını üzə çıxarmaq, onların sabahın bazar tələblərinə hazırlıqlı mütəxəssis kimi yetişdirilmələrinə şərait yaratmaqdır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi