17-05-2016 [17:24]
Azərbaycan Prezidentinin 19 iyun 2001-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə müvafiq olaraq Baş Prokurorluq tərəfindən vakant 100 ştat vahidi üzrə cari ildə elan olunmuş müsabiqə ilə əlaqədar sənədlərin qəbulu mayın 31-dək davam etdiriləcək.
Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinə uyğun olaraq prokurorluq orqanlarında işləmək arzusunda olan və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən gənc hüquqşünaslar Baş Prokurorluğa müraciət edərək zəruri sənədləri təqdim etməklə müsabiqədə iştirak edə bilərlər.
Müsabiqənin ilkin mərhələsi olan test imtahanı Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə, müvafiq dövlət qurumlarının, qeyri-hökumət və beynəlxalq təşkilatların, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə 12 iyun 2016-cı il tarixdə saat 14:00-dan başlayaraq 3 saat müddətində Bakı İdman Sarayında (Bakı şəhəri, Neftçilər prospekti, 26A) keçiriləcək.
Müsabiqəyə buraxılmış namizədlər 8-10 iyun 2016-cı il tarixlərdə saat 10:00-dan 18:00-dək şəxsiyyət vəsiqəsini və sənədlərin qəbulu barədə qəbzi təqdim etməklə "Test imtahanına buraxılış vərəqəsi"ni və "Yaddaş kitabçası"nı Baş Prokurorluğun inzibati binasının qəbul otağında (Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7) ala bilərlər.
Namizədlərin diqqətinə çatdırılır ki, test suallarının hazırlanmasında aşağıdakı normativ hüquqi aktlardan istifadə olunub:
– Azərbaycan Respublikasının Konstitusiyası;
– "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu;
– "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu;
– "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiya;
– Azərbaycan Respublikasının Cinayət Məcəlləsi;
– Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi;
– Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi;
– Azərbaycan Respublikasının Mülki Məcəlləsi;
– Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi;
– Azərbaycan Respublikasının Əmək Məcəlləsi;
– "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanunu;
– "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanunu;
– "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu;
– "Polis haqqında" Azərbaycan Respublikasının Qanunu;
– "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu;
– "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanunu;
– "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu.
Prokurorluğa işə qəbulla bağlı Baş Prokurorluğun internet səhifəsindən (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) və 492-06-82, 492-63-62, 492-62-23, 437-28-56 nömrəli telefonlar vasitəsi ilə müvafiq məlumat əldə etmək olar.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi