Yaxın 3 gün ərzində havalar qeyri-sabit olacaq

img

05-04-2010 [01:21]


Aprel ayının birinci ongünlüyündə hava buludlu olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Porqnozlar Bürosundan verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bu gün dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti müşahidə ediləcək. Şimal küləyi günün ikinci yarısında cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gündüz 13-16? isti, axşam 7-9? isti olacaq. Aprelin 6-da dəyişkən buludlu, əsasən yağmursuz hava gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-8? isti, gündüz 13-16? isti təşkil edəcək. Aprelin 7-də axşam buludluluğun artacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-7? isti, gündüz 13-16? isti olacaq. Aprelin 8-də hava buludlu olacaq, gün ərzində əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 6-8? isti, gündüz 15-19? isti təşkil edəcək. Azərbaycanın rayonlarında sabah əsasən yağmursuz hava gözlənilsə də gecə və səhər bəzi yerlərdə duman olacağı, lakin şərq rayonlarında çiskinli az yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-9? isti, gündüz 15-19? isti, dağlarda gecə 2? şaxtadan 3˚-dək isti, gündüz 9-14? isti olacaq. Aprelin 7-8-də gecə və səhər duman müşahidə ediləcək. Lakin 8-də axşam bəzi qərb rayonlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10? isti, gündüz 15-20?, dağlarda gecə 1-5? isti, gündüz 12-15? isti olacaq. Yaxın 3 gün ərzində Abşeron yarımadasında mülayim hava şəraiti və meteoroloji amillərin normal sutkalıq gedişi əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA