17-05-2016 [12:16]
"Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İB-nin German Marşal Fondunun (BST) dəstəyi ilə həyata keçirdiyi "Post-sovet məkanında yeni siyasi vəziyyət: xalqlar arasında münasibətlərin yaxşılaşdırılmasında vətəndaş cəmiyyətinin rolu" layihəsi çərçivəsində Bakıda beynəlxalq konfrans keçirilib.
"Post-sovet məkanında yeni siyasi vəziyyət: xalqlar arasında münasibətlərin yaxşılaşdırılmasında vətəndaş cəmiyyətinin rolu”mövzusunda keçirilən konfransda Ukraynadan, Gürcüstandan, Moldovadan və Azərbaycandan olan ekspertlər, millət vəkilləri, siyasi partiya liderləri, təmsilçiləri, beynəlxalq təşkilatların, xarici ölkə səfirlklərin nümayəndələri iştirak edib
"Cəmiyyəin və Vətəndaş Münasibətlərinin İnkişafı" İB-nin sədri Əhməd Abbasbəyli iştirakçılara layihə haqqında məlumat verib. Qeyd edib ki, layihə fəaliyyətləri ilk növbədə Azərbaycanda dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq müxtəlif qrupları (rusdilli əhali, etnik azlıqlar və s.) arasında etimadın artırılması, mövzu ilə bağlı araşdırmanın aparılması, məsələyə münasibətdə real mənzərənin ortaya qoyulması, ciddi problemlərin vaxtında qarşısının alınması, preventiv tədbirlərin görülməsi baxımından əhəmiyyətli ola bilər.
Onun sözlərinə görə, əhali arasında maarifləndirmə işlərinin görülməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi, xalqlar arasında nifaq salmaq, separatçılıq toxumu səpmək siyasətinin, qonşu dövlətlərdə sabitliyi pozmaq cəhdlərinin qarşısının alınması baxımından da layihə fəaliyyətləri önəmlidir.
Konfransa moderatorqluq edən "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev məhz Bakıda belə bir tədbirin keçirilməsinin əhəmiyyətinə diqqət çəkib. Bildirib ki, Ermənistan Azərbaycanın ərazilərinin 20 faizini işğal edib. Eyni zamanda Ermənistan bütün Cənub Qafqaz regionunda sepratizmə dəstək verir. Azərbaycan isə separatizmə, xalqlar arasında nifaq salmaq siyasətinə qarşı hər zaman mübarizə aparıb.
Ə.Nuriyev qeyd edib ki, konfransda Ukrayna, Gürcüstan, Moldovavə Azərbaycandan olan ekspertlərin iştirakı ilə postsovet məkanında separaztim, bu problemlərin yaranma səbəbləri və həlli yolları müzakirə ediləcək.
Ukraynada fəaliyyət göstərən Pilip Orlik Demokratiya İnstitutunun təmsilçisi Natalya Beltser "Mİllətlərarası münasibətlər və separatizm: Ukraynadakı durum”, Gürcüstanın "Tərksilah və qeyri-zorakılıq” təşkilatının direktoru Rimma Geleneva "Gürcüstanda millətlərarası əlaqələr və separatçılıq”, politoloq Elxan Şahinoğlu "Postsovet məkanında millətlərarası münasibətlər və separatizm” mövzularında məruzə ediblər.
Cənub Qafqazda, Azərbaycan və Gürcüstanda etnik separatçılığın vüsət almasında Ermənistanın rolu, postsovet məkanında separatçılıq ocaqlarının yaranmasında geosiyasi mübarizənin təzahürləri ətraflı müzakirə olunub. Postsovet məkanında sepratizm və Rusiyanın bu məsələlərlə bağlı siyasəinin aspektləri, Türkiyənin, İranın, Avropa İttifaqı ölkələrinin təsir imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.
Separatçılıqla üzləşən Azərbaycan, Gürcüstan, Ukrayna, Moldovanın separatçılığa qarşı mübarizədə səyləri birləşdirməsi, vətəndaş cəmiyyətinin xalqlar arasında münasibətlərin yaxşılaşdırılmasında təşəbbüsləri ilə bağlı müzakirələr aparılıb, təkliflər səsləndirilib.
Tədbirdə layihə çərçivəsində hazırlanmış"Post-sovet məkanında yeni siyasi vəziyyət: millətlərarası münasibətlər və separatizm" kitabının da təqdimatı keçirilib.

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi