?Öz biznesini bazla və inkizaf etdir? adlı təlim kursu keçirilib

img

05-04-2010 [12:39]


Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və ?Gələcəyə Körpü? Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə cari ilin mart ayında Samux, Qazax və Tovuz rayonlarında ?Öz biznesini başla və inkişaf etdir? adlı təlim kursları keçirilib. Təlim kurslarının keçirilməsində əsas məqsədi ? sahibkarlıq fəaliyyəti sahəsində beynəlxalq təcrübəni öyrənmək, sahibkarlıq fəaliyyətinin təşkili sahəsində gənclərə metodiki və praktiki köməyin göstərilməsi idi. Təlim kursları Beynəlxalq Əmək Təşkilatının modul təlim proqramına uyğun olaraq keçirilmiş və burada iştirakçılara menecmentin əsasları, marketinq araşdırmalarının aparılması, biznes-planlarının tərtib edilməsi və kreditlərin alınması qaydaları öyrədilib. Regionlarda keçirilmiş təlim kursları ilə yanaşı Bakı şəhərində fəaliyyət göstərən Gənclər üçün Karyera Mərkəzində eyni adlı təlim kursu müxtəlif universitet tələbələri üçün də təşkil edilmişdir. Təlim kursu Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin mütəxəssisləri tərəfindən keçirilib. Paytaxt Bakı və regionlarda keçirilmiş təlim kurs iştirakçılarının ümumi sayı 120 nəfər olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA