16-05-2016 [12:01]
Son dövrlər ictimaiyyətin diqqəti Qarabağ cəbhəsinə yönəlsə də, ölkədə dini zəmində təhlükəli vəziyyət hələ də davam edir. Hətta bu narahatlıq yüksək səviyyədə də etiraf olunur.
İki gün öncə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəisi, Şeyxülislam Hacı Allahşükür Paşazadə də İslami Əlaqələr və Mədəniyyət Təşkilatının sədri Abuzər İbrahimi Türkmanla görüşündə ölkədə dini zəmində gərginliyin alovlana biləcəyini dilə gətirib.
Paşazadə bildirib ki, Azərbaycanda dövlət və din məsələləri yüksək səviyyədədir, amma buna baxmayaraq bəzi çətinliklər var.
QMİ rəisinin sözlərinə görə, bəzi qüvvələr istəyir ki, Azərbaycanı qarışdırsın, məzhəb ayrılığı salsın.
Şeyxin ara-sıra dini qarşıdurma proqnozu verməsi isə ictimaiyyətdə birmənalı qarşılanmır.
Şərqşünas-politoloq Vüsal Hətəmov mövzu ilə əlaqədar "Reytinq"ə deyib ki, QMİ rəisinin narahatlığı və xəbərdarlığı gecikmiş sözlərdir.
Politoloq bildirib ki, neçə ildir bu barədə KİV-də fikirlər səsləndirilir, lakin aidiyyatı qurumlar zamanında lazımi tədbirlər həyata keçirmirlər:
"Bu sahəyə məsul qurumlar olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və QMİ ölkədə dini ekstremizmin sıfıra bərabər olduğunu deyirdi. Açıq danışmaq lazımdır. Sovetlər birliyi dağılandan QMİ təyinatı üzrə sərbəst fəaliyyətdədir. Gənc nəsil də göz açandan onun sədri Şeyxülislam Allahşükür Paşazadədir. Üstəgəl, 20 ilə yaxındır dini işlərə nəzarət edən DQDK yaradılıb. Yəni, çoxillik mövcudluq bunu deməyə əsas verir ki, Azərbaycanda dini proseslərə nəzarəti, bu proseslərin dövlətçilik relsləri üzərindən kənara çıxmamasına təminatını bu qurumlardan başqa heç kim üzərinə götürə bilməz. Lakin biz əksini görürük. Şeyx və komitə sədri Mübariz Qurbanlı tez-tez çıxışlarında bildirirlər ki, ölkədə radikal din daşıyıcıları var.
Bəli, biz də deyirik ki, ölkədə dağıdıcı, lakin birlik tərəfdarı kimi çıxış edən, savadsız, lakin idarəolunan, qeyri-ənənəvi, lakin ənənəviləşdirilmək istəyən, yad, lakin xalqımıza doğma kimi sırınan din daşıyıcıları var. Onların aktiv fəaliyyətləri də mövcuddur. DQDK-dan qeydiyyatdan keçən kitabları da var. Arabir hüquq-mühafizə orqanları tərəfindən həbs edilənləri də olur. Amma ki... Sual verən lazımdır ki, niyə var? Haradan çıxır? Ölkəyə haradan daxil olur? Yoxsa bunlar elə öz ölkəmizdə "istehsal olunur?" Bəlkə, QMİ-ni, DQDK-nı doğrudan da, saymayan, eşitməyən məscidlər, dini ocaqlar var?! Nə QMİ-nin, nə də DQDK-nın ölkədə dini təhlükəni proqnozlaşdırması onlara bəraət qazandıra bilməz. Hər iki qurum dini sabitliyə təminat verə bilmirsə, açıq şəkildə ictimaiyyətə bildirsin ki, ölkədə dini zəmində təhlükəni kimlər yaradır".
Şərqşünas-politoloq hazırda müharibə şəraitində olduğumuzu xatırladaraq deyib ki, atıq qəsbkar Ermənistana qarşı genişmiqyaslı müharibəyə başlamamız labüddür. Onun sözlərinə görə, ölkə daxilində dini-siyasi-ictimai sabitlik lazımdır ki, Qarabağ cəbhəsində mübarizə rahat olsun:
"Biz cəbhə xəttində düşmənlə açıq döyüşərkən daxildə gizli düşmənlər baş qaldıra bilər. Gün kimi aydındır ki, terrorçu qruplaşmalar beynəlxalq şəbəkəyə malikdir. Torpaqlarımız erməni terrorçuları tərəfindən zəbt olunub. Onlar ölkəmizdə bilavasitə olmasa da, bilvasitə radikal-dağıdıcı, qeyri-ənənəvi din daşıyıcıları ilə əlaqəyə gir-mələri də mümkündür".
V.Hətəmov onu da nəzərə çatdırıb ki, dövlət başçısı bu ili "Multikulturalizm ili" elan edib. Müsahibimizin sözlərinə görə, multikulturalizm fəlsəfəsi bu gün, həqiqətən, dünyanın ehtiyac duyduğu məsələdir:
"Bu gün dünyada xalqların birgə yaşayışı, mədəniyyətlərin, dini dünyagörüşlərin bir-birinə qarşı tolerant, dözümlü yanaşması problemi yaşanır. Əsrlər boyunca ölkəmizdə 3 səmavi dinin mənsubları - müsəlman-xristian-yəhudi din daşıyıcıları qardaş kimi yaşayıblar, həmçinin dünyada sünni-şiə problemləri yaşanarkən bizim ölkədə "sünni-şiə" mənsubluğu ancaq adda olub, hamı bir-birini müsəlman hesab edib, bir-birinə qız verib, qız alıb. Belə bir iftixar dolu tarixi gerçəkliyə malik Azərbaycan, bu gün niyə dini-milli poliqona çevrilmək təhlükəsi ilə üzləşsin ki?!
Təsəvvür edirsinizmi, bu gün qeyri-ənənəvi, ölkəmizə kənardan sırınan təriqət-din ruhaniləri var ki, tarixi şəxsiyyətlərimizi, məsələn, Babəki, Nəsimini, Füzulini, Şah İsmayılı lənətləyir, xütbələrində dini auditoriyalarına onları kafir kimi tanıtdırır, tarixi adət-ənənələrimizi, məsələn, Novruz bayramını küfr bayramı kimi təqdim edir, hətta bir az da irəli gedərək, Ermənistanı düşmən deyil, bizim dövləti tağut dövləti kimi qələmə verir, bildirirlər ki, erməni əsgərlərinə güllə atmaq günahdır. Bu nə qədər gülünc səslənsə də, əfsus ki, reallıqdır".
Təhlükənin öncədən qabaqlanması istiqamətində hansı işlərin görülə biləcəyindən də danışan V.Hətəmov bildirib ki, nə DQDK-nın, nə də QMİ-nin işi qənaətbəxşdir:
"Apardığımız sorğular göstərir ki, DQDK-nın işi hesabat xarakterli göründüyündən məsələnin hansısa müsbət istiqamətdə həllindən danışmağa dəyməz. Ölkədə dini radikallaşma, mənfi mənada, yetərincə inkişaf və davam edir. DQDK və QMİ ildə iki-üç dəfə ictimaiyyətə üzünü tutaraq ölkədə dini sabitliyin pozulma təhlükəsindən danışır. Lakin özləri bunun qarşısını almaq üçün hansı işləri görür?!
Çox təəssüf ki, hər iki qurumun fikrincə, problemin qarşısı hüquq-mühafizə orqanları tərəfindən alınmalıdır. Axı başa düşmək lazımdır ki, bu şüur, beyin məsələsidir, bu ideologiya məfhumudur, bunun qarşısı zorla, həbslə yox, təbliğatla, maariflənmə ilə alınmalıdır. Hesab edirəm ki, DQDK, QMİ ilk növbədə bu sahədə ixtisaslaşmış müstəqil yazarlarla, təhlilçilərlə işləməli, mövcud problemlərin araşdırılması və həlli istiqamətində səmərəli tədbirlərə başlanmalıdır".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi