Marşrut sürücülərinə - Xəbərdarlıq

img

16-05-2016 [11:16]


Bakı Nəqliyyat Agentliyi tərəfindən avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində xidmətin keyfiyyətini qaldırmaq məqsədilə qanunvericilikdən irəli gələn tələblərin daşıyıcılar tərəfindən əməl olunmasına tam nəzarət həyata keçirilir.

Bu barədə BNA-nın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib. 

Nuridə Allahyarova bildirib ki, qoyulan tələblərə əməl edilmədiyi təqdirdə ən sərt tədbirlər görüləcək: "Ancaq bu heç də sürücüləri sıravi vəzifə daşıyıcıları kimi məsuliyyətdən azad etmir. Tam əksinə, sükanı idarə edən birbaşa aidiyyatı şəxslər qismində bu cəza tədbirləri onlardan da yan keçməyəcək. BNA sərnişin həyatını təhlükə qarşısında qoyan hər bir sürücü ilə bağlı müvafiq tədbirin görülməsinə dair məsələni aidiyyatı qurumlar qarşısında qaldıracaq. Əziz sürücülər, sizdən təkcə idarə etdiyiniz nəqliyyat vasitəsinin salonunda olan sərnişinlərin deyil, həm də onların ailə üzvlərinin taleyi asılıdır. Məsuliyyətinizi dərk etməyiniz tövsiyyə və tələb olunur!” .


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA