İlham Əliyev Vyanadadır - Əliyevlə Sarkisyanın görüşü başladı - Yenilənir

img

16-05-2016 [21:30]


Avropa diplomatiyasının rəhbəri Federika Moqerini Azərbacyan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlara başlayıb.

Bu barədə nümayəndə heyətlərindəki mənbə TASS agentliyinə bildirib.

"İki ölkənin prezidentlərinin ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin xarici işlər nazirləri ilə danışıqlarındən əvvəl Moqerini Əliyev və Sarkisyanla görüşür", - mənbə bildirib(ANS).

***

 "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, görüşdə ATƏT-in Minsk qrupunun həmsdərləri, ABŞ dövlət katibi Con Kerri, Rusiya və Fransa xarici işlər nazirləri Sergey Lavrov və Jan-Mark Eyro iştirak edir.

****

Azərbaycan prezidenti İlham Əliyev Vyanaya gəlib.

"RİA Novosti" nin məlumatına görə, bu gün Avstriyanın paytaxtında Dağlıq Qarabağ üzrə danışıqlar aparılacaq(APA).

Xatırladaq ki, İlham əliyevdən əvvəl  Avstriyanın paytaxtına Ermənistan prezidenti Serj Sarkisyan gəlib. Bu gün axşam ATƏT-in Minsk qrupunun sədrliyi, Rusiya, ABŞ və Fransa xarici işlər idarələri rəhbərlərinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə görüş keçiriləcək 

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA