15-05-2016 [12:37]
"Moskva Qarabağ münaqişəsi zonasındakı qeyri-müəyyənlikdən və Azərbaycanın aprelin əvvəllərində qısamüddətli hərbi kampaniya zamanı əldə etdiyi uğurlardan narahatdır".
Bu haqda Vaşinqtondakı müzakirələrdə beynəlxalq məsələlər üzrə analitik Aleksandr Murinson deyib.
Müzakirələr barədə "Amerikanın səsi”nin rus xidməti icmal yayıb.
Analitik xatırladıb ki, 9 may bayramı günlərində KİV-lər Rusiya prezidenti Vladimir Putinin Qarabağ məsələsinə görə Bakıya səfər edəcəyinə dair xəbər yayıblar. Ancaq Putin son anda səfərini təxirə salıb. "Rusiya öz sülhməramlı qüvvələrini regiona yeritmək üçün danışıqlar prosesini fəallaşdırmışdı”-Murinson münaqişənin indiki mərhələsini xarakterizə edərkən deyib.
Onun sözlərinə görə, Moskvanın indiki mərhələdə geosiyasi marağı bundan ibarətdir ki, regionda "xozeyinin” kim olduğunu göstərsin.
Atlantika Şurasının elmi əməkdaşı Brenda Şaffer isə hesab edir ki, aprel hərbi kampaniyası status-kvonun Azərbaycanın xeyrinə dəyişməsinə gətirib çıxarıb. Və bu, özünü Ermənistanın mövqeyində də göstərir. Belə ki, İrəvan ilk dəfə rəsmi səviyyədə Dağlıq Qarabağın tanınmasının mümkünlüyü haqda danışıb.
"Dördgünlük müharibə erməni rəhbərliyinin hesablarını dəyişdirdi. Əgər əvvəllər Ermənistan rəhbərliyi bu təşəbbüsləri bloklayırdısa indi ona yaşıl işıq yandırmağa hazırdır”-bunu isə Vaşinqtondakı Karnegi mərkəzinin baş elmi əməkdaşı Pol Stronski deyir.
"Lakin bu o demək deyil ki, Dağlıq Qarabağın tanınması haqda təklif qanun qüvvəsini alacaq. Bununla Sərkisyan və hökumət Dağlıq Qarabağda aprel hərbi kampaniyası zamanı ərazilərin itirilməsinə görə onlara ünvanlanan tənqidlərə reaksiya verirlər”-Pol Stronski əlavə edib.

Aleksandr Murinson müzakirələri davam etdirərək deyib ki, Ermənistan prezidenti müharibənin istənilən an yenidən başlaya biləcəyi haqda danışıb. Minsk Qrupu həmsədrlərini danışıqlardan əvvəl təmas xəttində insidentlərin araşdırılması və qarşılıqlı etimad mexanizmlərinin qəbul edilməsinə çağırıb. Eyni zamanda Sərkisyan Rusiya sülməramlılarının münaqişə bölgəsinə yeridilməsinə qarşı deyil. Ancaq rəsmi Bakı bu məsələyə soyuq yanaşır. Azərbaycan tərəfi hesab edir ki, ancaq 5 rayonun qaytarılmasından sonra sülhməramlılar məsələsinə baxıla bilər.
Bəs Rusiya indiki mərhələdə nəyə nail olmaq istəyir?
Bu suala Pol Stronski cavab verir: "Hər iki dövlətə-Ermənistana və Azərbaycana təsir imkanlarını saxlamaq, hər ikisini silahlandırmaq, eyni zamanda destablizasiyaya yol verməmək”.
A.Murinson bu fikri dəstəkləyərək əlavə edir ki, tərəflərdən heç biri məhz Rusiyanın regionda dominant olduğunu şübhə altına almır. Onun sözlərinə görə, Moskva birmənalı şəkildə nümayiş etdirir ki, heç bir xarici qüvvəni regiona buraxmayacaq. Və onun regionda dominantlıq etmək üçün istifadə etdiyi silah Dağlıq Qarabağ münaqişəsidir.

"Amerikanın səsi” Konqresmen Ted Ponun bu günlərdə radionun gürcü xidmətinə verdiyi müsahibədən sitat gətirərək deyir ki, Minsk Qrupuna daxil olan ölkələrdən hər biri ilk növbədə öz maraqlarını güdür, münaqişə tərəflərinin maraqlarını deyil. Konqresmenə görə problemi ABŞ, Rusiya və Fransa birlikdə, hər iki tərəfə ədalətli yanaşmaqla həll etməlidir.
"Axı həm bu, həm o biri tərəfdə insanlar həlak olur”-Ted Po qeyd edib.
Virtualaz.org
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi