14-05-2016 [21:23]
Naxçıvanın sabiq milli təhlükəsizlik naziri Vəli Əsgərovun barəsində həbs qətimkan tədbiri seçilib.
Bu barədə məlumatı sabiq nazirin vəkili Vüqar Xasayev təsdiqləyib.
Vəkil deyib ki, mayın 14-də Naxçıvan Prokurorluğuna çağırılan V.Əsgərova deyiblər ki, barəsində cinayət təqibini dayandırmaq niyyətindədirlər: "Səhər Vəli Ələsgərovun qardaşı Əli Ələsgərovu Naxçıvan Prokurorluğuna müstəntiq Elşad İbrahimovun yanına çağırdılar. Ona dedilər ki, çox səs-küy salmısınız, qərara gəlmişik ki, Vəli müəllimin işini bir qədər yumşaldaq. Əli Əsgərov da deyib ki, siz işi yumşaldırsızsa, biz də sakit oturacağıq. Bundan sonra müstəntiq növbəti həftənin 1-ci günü Vəli Ələsgərovun uşaqlarının doğum və nikah haqda şəhadətnamələrinin gətirilməsini tapşırıb. Mayın 14-də, axşamtərəfi saat 4-5- radələrinə Vəli Ələsgərovun özünü prokurorluğa çağırdılar. Oradan aparıblar ekspertizaya. Vəli Ələsgərov tələb edib ki, bədəni üzərində olan işgəncə izləri qeydə alınsın. Lakin ekspert xəsarətləri qeydə almayıb”.
Vəkil deyib ki, adını da qoydular ki, Vəli Ələsgərov ev dustağı ola-ola vəkili ilə skayp-la danışır. Bu isə ev dustaqlığının şərtlərini pozur. Halbuki Vəli Ələsgərova və onun vəkilinə ev dustaqlığı haqda qərarın surətini verməyiblər:
"Məhkəmədə ev dustaqlığı haqda qərar dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilib, özünü isə, ona işgəncələr verilən istintaq təcridxanasına göndəriblər”.
V.Xasayev deyib ki, baş verənlərlə bağlı ombudsmana, Baş Prokurorluğun qaynar xəttinə məlumat verməklə V.Əsgərovun həyatının təhlükədə olduğunu deyib.
Yada salaq ki, V.Əsgərov tutuğu postdan uzaqlaşdırlandan sonra ona vəzifə səlahiyyətlərini aşma və digər maddələlə ittiham elan olunub. Onu yüksək vəzifəli şəxslərin hüzuruna aparıb, orada döyüb, təhqir ediblər. Bu hal dəfələrlə təkrarlanıb. Vəkil deyib ki, V.Əsgərovun başına torba keçirib boğazına kəndir salmaqla asır, ona işgəncə verirlər.
Qeyd edək ki, bundan əvvəl vəkil Eldar Mahmudovun vəzifədə olarkən Vəli Ələsgərova Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovu və ailə üzvlərini dinləməsi tapşırığını verdiyini, lakin sabiq nazirin tapşırığa əməl etmədiyini açıqlayıb. İddia edib ki, V.Əsgərov tapşırığın icrasından imtina edəndən sonra Eldar Mahmudov onun barəsində kompromat material yığmağa başlayıb. Guya Vəli Ələsgərov Bakıya vəzifəyə gəlmək istəyir.
Bu səpkili dezinformasiyanı Vasif Talıbova ötürüb. Bundan sonra Vəli Ələsgərovun başına bu oyunlar gəlib. Vəli Ələsgərov 15 il Naxçıvanın milli təhlükəsizlik naziri olub. Həbsindən bir neçə ay əvvəl general-leytenant rütbəsi verilib.
Eldar Mahmudov milli təhlükəsizlik naziri postundan çıxarılandan sonra onun postuna V.Əsgərovun namizədliyi müzakirə olunub. Vəkilləri bildiriblər ki, onun barəsində çirkin kampaniya bundan sonra başlanıb, özünü həbs edib yaxınlarının əmlaklarını əllərindən alıblar, 50-yə yaxın qohumu işdən qovulub.
Musavat.com
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi